az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Maliyyə və hüquq

Torpaq bazarında durğunluq hökm sürür

09.01.2012 | Musa Xəlilov

Azərbaycanın torpaq fondu 8,66 milyon hektardır. Ölkədə əhalinin təqribən 63,8%-nin torpaq sahəsi var (40,1% şəhərdə, 93,4% kənd yerlərində). Dövlət statistika komitəsinin məlumatına görə, ailələrin böyük hissəsi, yəni 72,8%-i torpaqdan həyətyanı sahə kimi, qalan 27,2% isə kənd təsərrüfatı məqsədləri üçün, bağ sahəsi və bağça kimi istifadə edir.
1996-cı ildə kolxoz və sovxoz torpaqlarının özəlləşdirilməsi başladıqdan sonra regionlarda torpaqlar paylanıldı və şəxsi torpaq sahələri peyda oldu. Amma Bakıda vəziyyət respublika üzrə statistik göstəricilərdən fərqlənir. Belə ki, paytaxtda tikinti işləri vüsət aldıqdan sonra şəhərdəki torpaq sahələrinin bazara çıxarılması daha geniş yayıldı. Sovet dövründə illərlə boş qalan torpaq sahələri kommersiya marağına səbəb oldu.

Son illərə qədər paytaxtda torpaq bazarında daim artım müşahidə olunurdu. Şəxsi və kommersiya məqsədləri üçün inşaat işlərində torpaq əsas vəsait yatırımı obyektinə çevrildi. Amma qiymətlərin artımı şəraitində fərdi tikinti üçün xərclər (torpağın alınması, sənədlərin rəsmiləşdirilməsi, evin tikilməsi) yeni və ya köhnə binalarda mənzilin alışı və təmirinə çəkilən xərclərə yaxınlaşmağa başladı.
MBA Consulting şirkətinin ekspertlərinin hesablamalarına görə, torpaq alışı da nəzərə alınmaqla hazırda paytaxtda fərdi evin tikintisi üçün 80 min manat tələb olunur. Bu pula hündürmərtəbəli binada yaxşı mənzil almaq mümkündür. Bununla əlaqədar olaraq əvvəllər torpaq alışına göstərilən xüsusi maraq xeyli azalıb.

Bazarda fəallıq zəifləyir

Bakı Rieltorlar Assosiasiyasının sədr müavini Nüsrət İbrahimovun sözlərinə görə, ənənəvi olaraq oktyabr və noyabr ayları torpaq bazarı üçün mövsümi hesab olunmur. «Adətən bu aylarda bazarda fəallıq azalır. Buna həmçinin alıcıların əsas hissəsinin bədbin gözləntiləri də təsir edir. Bura torpağın alışı və satışı üzrə müqavilələrin mövsümdən kənar azalmasını da əlavə etmək olar».
Düzdür, bu mövsümdə paytaxtda torpağın qiymətində əhəmiyyətli ucuzlaşma nəzərə çarpmır. «Əgər sentyabrda paytaxtda bir sotun qiyməti orta hesabla 20,284 dollar idisə, oktyabrda bu göstərici cəmi 13 dollar düşüb və 20,271 dollar təşkil edib».

Dövlətin xeyrinə daşınmaz əmlakın (torpağın) özgəninkiləşdirmə halları da torpaq bazarının xeyrinə olub. Təcrübə göstərir ki, ildən ilə bu məsələ daha da aktuallaşır. Bura Fizuli meydanından Heydər Əliyev Sarayına qədər olan ərazidə Qış parkının salınması, dövlət əhəmiyyətli yollar üçün torpaq sahələrinin alınması kimi faktları aid etmək olar.
Milli Məclis hələ ötən il üçüncü oxunuşda «Dövlət ehtiyacları üçün torpaq sahələrinin alınması haqqında» Qanun qəbul edib. Maraqlıdır ki, hətta indi də ekspertlər bu qanunla bağlı birmənalı danışmırlar. Bəziləri bu qanunun yenidən işlənməsinə ehtiyac olduğunu, digərləri isə onun mülkiyyət bazarına təsiri olacağını bildirir (legal.az). Hüquq müdafiəçilərisə vətəndaşların mülkiyyət hüququnun pozulması faktlarını önə çəkirlər.

Torpaq bazarı Bakıdan kənara çıxıb

Əvvəllər qeydiyyatsız tikililərin çoxalmasına səbəb olan özbaşına tikinti məsələsi adi hal idisə, artıq indi yerli icra hakimiyyətləri fərdi tikintilərə nəzarəti gücləndirib. N.İbrahimov qeyd edir ki, hazırda torpaq sahəsinin sənədləşdirilməsi daha da çətinləşib. «Əvvəlki illərdən fərqli olaraq hazırda sənəd olmadan fərdi yaşayış sahəsi tikmək mümkün deyil. Bu isə fərdi yaşayış tikililərinin azalmasına səbəb olub ki, bu da torpaq bazarına təsirsiz ötüşmür».
Ekspert onu da bildirir ki, torpaq bazarına həmçinin yeni binaların tikintisindəki durğunluq da mənfi təsir göstərir. Belə ki, hazırda, demək olar, yeni hündürmərtəbəli binaların inşası dayandırılıb. «Yaz mövsümü ilə müqayisədə indi torpaq bazarında fəallığın azalması 20-22%-ə çatıb».
Bazar üzrə ekspertlər hesab edirlər ki, hazırda torpaq bazarı, demək olar, Bakıdan kənara çıxıb. Rieltor bildirir ki, paytaxtın mərkəzində və ona yaxın ərazilərdə satış üçün təklif edilən torpaq sahələri artıq yoxdur. Amma şəhərin bir qədər ətraf rayonlarında – Yeni Yasamal, Əhmədli, Qünəşli qəsəbələrində, Binəqədi rayonunun bəzi ərazilərində, həmçinin Bakının mikrorayonlarında hələ ki belə imkanlar qalıb. «Torpaq bazarında əsas təkliflər Bakı kəndləri və qəsəbələrində, xüsusən Xəzər, Suraxanı, Sabunçu və Binəqədi rayonlarında yerləşən boş sahələr təşkil edir».
Paralel olaraq Abşeron ərazisində də torpağa tələbat var. «Bu ərazilər münasib qiymət də nəzərə alınmaqla Bakının mərkəzinə yaxındır». Söhbət əsasən Masazır, Mehdiabad, Məhəmmədi və s. kəndlərindən gedir.
Ümumən rieltorların ehtimallarına görə, 2012-ci ilin əvvəlinə qədər (bir müddət) torpaq bazarında əsasən sabitlik müşahidə olunacaq. «Düzdür, bazarda fəallığın azalması ilə bərabər qiymətlərdə qismən 2-3%-lik ucuzlaşma da ola bilər», - deyə N.İbrahimov vurğulayır.
 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (235)
+ Avtomobillər (323)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (321)
+ Gözəllik və sağlamlıq (313)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (236)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (267)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (349)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (216)
+ Kurslar və Təlimlər (183)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (169)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (232)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (584)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.