az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Maliyyə və hüquq

İkiqat vergi tutulmaması haqqında müqavilələr və onların praktik əhəmiyyəti

06.01.2012 | İlqar Həsənov

İkiqat vergi tutulmaması haqqında müqavilələrin biznesdə çox böyük əhəmiyyəti var.
Bunun əhəmiyəti iki səbəblə bağlıdır. Birincisi, onlar Milli qanunvericilik normaları üzərində üstünlüyə malikdir. Başqa sözlə desək, əgər belə müqavilənin norması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəasına ziddirsə, belə halda müqavilə qaydaları tətbiq edilir.
İkincisi, ikiqat vergi tutulmaması haqqında müqavilələr bir qayda olaraq milli qanunvericiliklə müqayisədə aşağı faiz dərəcələri nəzərdə tutur. Gəlin bu müqavilələrin hansı vergiləri nizamladığına diqqət yetirək.
Məlum olduğu kimi, bütün vergilər iki qrupa bölünür: birbaşa və vasitəli. Birbaşa vergilərə şirkətin gəlir vergisi, əmlak vergisi, torpaq vergisi, fiziki şəxslərdən tutulan gəlir vergisi aid edilir. Vasitəli vergilər ƏDV, aksiz, dövriyyə vergisidir.
İkiqat vergi tutulmaması haqqında müqavilə yalnız birbaşa vergilərin ödənməsi və hesaba alınmasını nizamlayır. Vasitəli vergilər dövlətlərarası müqavilələrlə nizamlanmır və yalnız milli qanunvericiliyə uyğun olaraq ödənilir.
Aşağıda biz belə müqavilələri tətbiq etməklə vergi ödəmələrini necə əhəmiyyətli dərəcədə azaltmağın mümkünlüyünə nəzər salacağıq.

Dividendlərin, faizlərin, royaltilərin hesablanması

Adıçəkilən müqavilələrin dividendləri nizamlamasına nəzər yetirək. Litva şirkəti Azərbaycanda törəmə firmasını yaradıb və onun sahibidir. Törəmə firma bütün vergiləri ödədikdən sonra 100 min dollar məbləğində xalis gəlir əldə edib və onu dividend qismində Litvaya köçürmək niyyətindədir. Vergi Məcəlləsinə uyğun olaraq bu halda dividendlər ödəmə mənbəyində 10% vergiyə cəlb olunur.
Amma Azərbaycan və Litva arasında ikiqat verginin tutulmaması haqqında müqavilə imzalandığı və burada başqa faiz dərəcələri göstərildiyi üçün həmin müqavilənin normaları dərhal qüvvəyə minir.
Belə ki, göstərilən sənədin 10-cu maddəsində bildirilir ki, əgər faktiki sahibkar olan şirkət dividend ödəyən müəssisənin 25% əmlakına sahibdirsə, dividendlərə görə vergi ümumi məbləğin 5%-i qədər tutulur.
Göstərilən halda isə Litva şirkəti Azərbaycandakı firmasının 100% əmlakına sahibdir. Deməli, Vergi Məcəlləsindəki kimi dividendə görə vergi 10% deyil, 5% olacaq. Göründüyü kimi, elə yalnız bu halda Litva tərəfi Azərbaycandakı sərmayələrdən 5% daha çox dividend əldə etmiş olur.
Digər buna bənzər ödənişlərdə də analoji hal yaranır. Əgər faizlər və ya royaltilərin köçürülməsi zamanı ikiqat vergi tutulmaması haqqında müqavilədə başqa vergilər göstərilibsə, deməli elə onlar da tətbiq olunur. Bir qayda olaraq onlar yerli qanunvericilikdəki faizlərdən yüksək olmur. Bəzi hallarda isə göstərilən misaldakı kimi əksinə aşağı olur.
Royalti ilə bağlı olan bir misal çəkək. Məsələn, Azərbaycan şirkəti Finlandiya şirkətilə onun proqram məhsulundan istifadə etmək barədə müqavilə bağlayıb və ildə 1000 dollar verəcəyini öhdəsinə götürüb.
Azərbaycan və Finlandiya arasında ikiqat vergi tutulmaması haqqında müqavilə olduğu və orada belə növ ödənişlərə görə 5% vergi nəzərdə tutulduğu üçün fin şirkəti Vergi Məcəlləsinə uyğun olaraq 10% deyil, 5% vergi ödəyəcək.

Qeydiyyatsız qısamüddətli müqavilələr üzrə iş

İkiqat vergi tutulmaması haqqında müqavilələrin xeyiri onların nəinki güzəştli vergi tutulmaları və müqavilə tərəfi olan dövlətlərin birində vergilərin hesablanmasındadır. Onlar həmçinin biznesin qeydiyyatı baxımından da xeyirlidir. Bu xüsusən də obyektlərin tikintisi, quraşdırılması ilə məşğul olan şirkətlərə aiddir. Demək olar, istənilən bu növ sənəddə qeyd olunur ki, əgər tikinti meydançası, quraşdırma xidmətləri 6-12 aydan artıq mövcud olmursa (müxtəlif razılaşmalarda müxtəlif müddətlər göstərilir), bu daimi nümayəndəlik yaratmır.
Bina inşası ilə bağlı müqavilə bağlamış tikinti şirkətinə bu nə kimi üstünlüklər verir? Əgər şirkət Azərbaycanla müqaviləsi olan ölkədəndirsə və müqavilədə göstərilən müddət nəzərə alınarsa, belə halda şirkət bizim ölkədə daimi nümayəndəlik açmaya və vergi ödəməyə bilər. Bütün vergiləri şirkət öz ölkəsində ödəcəyək. Bundan əlavə şirkət daimi nümayəndəliyin qeydiyyatı ilə bağlı bütün sənədləşmə işlərindən azaddır.

Ölkələrin siyahısı

Azərbaycan ikiqat vergi tutulmaması haqqında onlarla müqavilə imzalayıb və təsdiq edib. Müqavilələr Böyük Britaniya, Norveç, İsveç, Fransa, Finlandiya, Ermənistan və Türkmənistandan başqa bütün MDB ölkələri və bir çox digər dövlətlərlə imzalanıb.
Əgər siz bu müqavilələrin verdiyi üstünlüklərdən istifadə etmək və ya sadəcə Azərbaycanın hansı ölkələrlə belə müqavilə imzaladığını bilmək istəyirsinizsə, Vergilər Nazirliyinin 195 nömrəli «qaynar xəttinə» zəng edə bilərsiniz. Məlumatı həmçinin nazirliyin saytından da əldə etmək olar: www.taxes.gov.az
İkiqat vergi tutulmaması haqqında müqavilə nəinki böyük şirkətlə, həmçinin biznesdə ilk addımlarını atanlara on minlərlə dollara qənaət etməyə imkan verir.
 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (235)
+ Avtomobillər (323)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (321)
+ Gözəllik və sağlamlıq (313)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (236)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (267)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (349)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (216)
+ Kurslar və Təlimlər (183)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (169)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (232)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (584)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.