az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Maliyyə və hüquq

Кiçik biznesin vergiyə cəlb edilməsi təcrübəsi

27.12.2011 | İlqar Həsənov

Ölkənin əsas vergi qanununun – Vergi Məcəlləsinin qəbul edilməsindən 10 il keçir. Ümumilikdə bu normativ sənədi kifayət qədər işlənmiş hesab etmək olar, amma təəssüf ki, ötən on illiyə baxmayaraq, orada hələ də kiçik biznesdə vergiqoymanı çətinləşdirən hüquqi boşluqlar mövcuddur.

Vergiqoyma bazasının müəyyən edilməsi

Vergi Məcəlləsinin XVII «Sadələşdirilmiş vergi» fəslində dəfələrlə qeyd olunur ki, təqdim edilən məhsul, göstərilən xidmətlərə görə mədaxilin ümumi həcmi sadələşdirilmiş sistem üzrə vergiödəyicilər üçün vergiqoyma obyektidir.

Burada çox vacib sual meydana çıxır: mədaxilin ümumi həcmi nə deməkdir? Onu necə müəyyən etmək olar? Vergi Məcəlləsinin 13-cü maddəsində Məcəllədə işlədilən terminlərin 40-dan artıq təyini verilir, amma kiçik biznes üçün vacib və lazımi olan mədaxil termininə izahat verilmir.

Bu hüquqi boşluq nəzəri deyil, çox aktual hesab olunmalıdır, çünki gün ərzində kiçik biznesin minlərlə nümayəndəsi bununla qarşılaşır.

Bir neçə misal çəkək. İki şirkət barter haqqında saziş imzalayıblar. Əldə edilən məhsulu mədaxil hesab etmək olarmı? Vergi Məcəlləsində bu suala cavab yoxdur. Vergi müfəttişisə bunu mədaxil kimi qəbul edə bilər.

Əgər firmanın hesabına daxil olan bütün pul vəsaitlərini mədaxil hesab etsək, vəziyyət daha da ağırlaşır və bütün məbləğ 4% həcmində vergiqoymaya düşür.

Məsələn, şirkət öz işçisinə bir il müddətinə 1000 manat borc verib. Bir ildən sonra işçi pulu qaytarır. Əgər bu pul şirkətin hesabına köçürülübsə, onu mədaxil hesab etmək olarmı? Burada da aydınlıq yoxdur.

Fikrimizcə, Vergi Məcəlləsini tərtib edənlər vergiqoyma obyektinə diqqətlə yanaşmalı idilər və kiçik biznes üçün nəyin vergiyoma obyekti olduğunu dəqiq göstərməli idilər.

Sahələr üzrə bölgü

Vergi Məcəlləsinin kiçik biznesdə vergiqoymada daha bir çatışmayan cəhəti  fəaliyyət sahəsinin seçimi və onun nəzərə alınmasıdır.

Sadələşdirilmiş sistem üzrə bütün vergi ödəyiciləri fəaliyyət növündən asılı olmayaraq Bakıda 4%, paytaxtdan kənarda 2% vergi ödəyirlər. Bu zaman sahibkarın gəlir əldə etmək üçün çəkdiyi xərclər tamamilə nəzərə alınmır. Bu isə böyük əhəmiyyət kəsb edir.

Məsələn, ticarət və ya ictimai iaşə və məsləhət və ya hüquqi xidmət sahələri bir-birindən prinsipial dərəcədə fərqlənir. Əgər ictimai iaşə nümayəndələri xammal alışına gündəlik xərc çəkirlərsə, ikincilər bundan azaddırlar. Amma Məcəllə müəllifləri biznesin özünəməxsusluğunu nəzərə almır və seçim azadlığı vermir. Hamı eyni faiz dərəcəsilə ödəniş etməlidir.

Vergiödəyicisinin məsuliyyətə cəlb edilməsi

Daha bir hüquqi boşluq vergi idarəçiliyilə, daha dəqiq desək, vergiödəyicisinin vergi cinayətlərinə görə cinayət məsuliyyətinə cəlb edilməsilə bağlıdır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü «Vergidən yayınma» maddəsində deyilir:

  • 213.1. Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
  • 213.2. Eyni əməllər:
  • 213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
  • 213.2.2. külli miqdarda törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Göründüyü kimi, maddədə «vergiləri ödəməkdən yayınma» ifadəsi işlədilib. Sual meydana çıxır: vergiləri ödəməkdən yayınma nə deməkdir və onun əlamətləri necə olur? Heç kim mübahisə etmir ki, dövlət vergidən və məcburi ödənişlərdən yayınanları məsuliyyətə cəlb etməlidir. Amma gərək maddədə bu, aydın və səlist şəkildə göstərilməlidir ki, başqa yozumlara ehtiyac qalmasın. Təəssüf ki, nə CM, nə də VM, nə də digər normativ aktlar «vergiləri ödəməkdən yayınma» ifadəsinin mənasına aydınlıq gətirmir, nəticədə isə vergiödəyiciləri zərər çəkirlər.

Vergi və ya hüquq-mühafizə orqanlarının istənilən nümayəndəsi «yayınmanı» elə şərh edə bilər ki, hətta təmiz və səliqəli vergiödəyicisi də cinayət məsuliyyətinə cəlb edilə bilər.

Sadə bir misal çəkim. Vergiödəyicisi vergi bəyannəməsində əldə edilən gəliri və vergi öhdəliklərinin məbləğini göstərir. Amma bir müddətdən sonra o, müştəridən məbləği ala bilmədiyi üçün vergiləri köçürmür. Onu vergidən yayınan şəxs kimi qəbul etmək olarmı, əgər nəzərə alsaq ki, o, gəlirlərini gizlətməyib və vergi bəyannaməsində onları göstərib.

Mahiyyətə vardıqda, vergiödəyicisi vergini ödəməkdən yayınmır və dövlət orqanına gəlirləri haqqında məlumat verir. Amma vergi orqanının nümayəndəsi vergilərin köçürülməməsi faktına istinad edərək fərqli fikir yürüdə bilər ki, bunun da məlum nəticələri var.

Biz Vergi Məcəlləsindəki vacib praktik əhəmiyyətə malik olan hüquqi boşluqlardan bəhs etdik. Ümid edirik ki, yaxın vaxtlarda qanunvericilər bu hüquqi boşluqlara fikir verəcək və Azərbaycanda biznesə olan maneələrin sayını azaltmaq üçün onları aradan qaldıracaqlar.

 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (327)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (273)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (355)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (94)
+ Nəqliyyat və logistika (276)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (262)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (317)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (271)
+ Topdansatış ticarəti (145)
+ Turizm və istirahət (398)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (126)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (134)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.