az / ru
 
     
 
Ana səhifə > Praktikum > Maliyyə

Meqa Sığorta yubileyini “European Quality Award” mükafatı ilə qeyd edir

22.09.2015

Bu il sığorta sahəsində birincilərdən olan “Mega Sığorta” şirkətinin beş yaşı tamam olur. Yubiley ərəfəsində Avropanın nüfuzlu “European Quality Award” mükafatına layiq görülən “Mega Sığorta” şirkətinin İdarə Heyətinin sədri Sevinc Gülmalıyeva təəssüratlarını biznesinfo ilə bölüşdü.

- Fəaliyyəti dövründə “Mega Sığorta” özünü təcrübəli və etibarlı sığorta tərəfdaşı kimi təqdim edib. Necə hesab edirsiniz, qarşıya qoyulan hədəflərə çatmısınızmı?

- Hətta deyə bilərəm ki, hədəflərimizdən də yüksək nəticələrə nail olmuşuq. Xüsusən vurğulamaq istərdim ki, uğurlarımız yalnız statistk göstəricilərlə bağlı deyil. Müştəri məmnuniyyəti, etibarlılıq qazanmışıq, keyfiyyətli xidmət, peşəkar komandanın qurulması, yerli və beynəlxalq standartlara uyğun sığorta şirkəti kimi formalaşmağa və tanınmağa müvəffəq olmuşuq. Həmçinin əldə etdiyimiz uğurların rəqəmlərlə ifadəsi də şirkətimizin bu beş il ərzində düzgün inkişaf xətti seçdiyinin göstəricisidir. “Meqa Sığorta” şirkətinin fəaliyyətinə dair statistik məlumatlar göstərir ki, bu illər ərzində dinamik inkişaf davam etmişdir. Bu isə ilk növbədə mövcud müştərilərimizin şirkətimizə olan loyallığının, etibarlı tərəfdaş imici qazanmağımızın, həmçinin yeni  müştərilərimizin də əlavə olunmasının nəticəsidir.      

- 2014-2015-ci illər şirkətiniz üçün hansı əlamətdar hadisələrlə yadda qalıb?

- Son iki ildə şirkət tam olaraq formalaşıb və tutduğu inkişaf yolunda inamla irəliləyir. Şirkətimizə beynəlxalq auditor dəvət olunub, İSO-9001 2008 keyfiyyət sisteminin sertifikatlaşdırılmasına start verilib. Artıq bu iş yekunlaşmaq ərəfəsindədir və bu yaxınlarda biz adıçəkilən sertifikatı əldə edəcəyik. Bundan başqa, müştərilərin rahat şəkildə müraciət etmələri, həm də əməkdaşların iş şəraitinin daha da yüksəldilməsi məqsədilə baş ofisin başqa binaya köçürülməsini, o cümlədən paytaxt Bakıda və regionlarda nümayəndəliklərimizin sayının artmasını da qeyd edə bilərəm. Ötən illər ərzində şirkət özünün yeni, istifadədə daha rahat və funksional saytını istifadəçilərin ixtiyarına vermiş, bir sıra iri layihələrdə iştirak hüququ qazanmışdır. On-layn satış imkanlarının sadələşdirilməsi və texnoloji cəhətdən yeni bir xidmət olaraq bazara çıxarılması da bu sektorda “Meqa Sığorta”nı fərqləndirən və müştəri məmnunluğu ilə nəticələnən əlamətdar hadislələr sırasına daxil olmuşdur.    

- 2015-ci ildə Azərbaycan sığorta bazarında müşahidə edilən əsas tendensiyalar haqqında nə deyə bilərsiniz?

- Dünyada baş verən iqtisadi proseslər Azərbaycanın da sığorta bazarına öz təsirini göstərmişdir. Bununla bağlı şirkətimizdə tənzimləyici tədbirlər həyata keçirilir.

- “Mega Sığorta”nın xidmət portfelində hansı sığorta növləri əsas yeri tutur? Bu ilin yarımillik göstəriciləri üzrə öndə olan xidmət və məhsullar hansılardır?

- Ümumilikdə şirkət 3 icbari, 28 könüllü sığorta növləri üzrə xidmətlərini təklif edir. Sığorta portfelimizin önəmli hissəsini məsuliyyət sığortası, tibbi sığorta, nəqliyyat vasitələrinin sığortası və tikinti-quraşdırma fəaliyyətində məsuliyyət sığortası kimi xidmətlər əhatə edir. 2015-ci ilin yarım illik göstəricilərində də qeyd olunan sığorta növləri üzrə xidmətlər üstünlük təşkil edir. Bu ilin 6 ayında sığorta mükafatlarının həcmi 11335150.84 AZN təşkil edib, ötən ilin müvafiq dövründə isə bu göstərici 5609197,76 AZN olmuşdur. Göründüyü kimi artım dinamikasını qənaətbəxş hesab etmək olar. Sığorta ödənişləri üzrə də artım qeydə alınıb, belə ki, 2014-cü ilin 6 ayında sığorta ödənişlərinin məbləği 704950,34 AZN olmuşdusa, bu ilin müvafiq hesabatında 1053627,45 AZN-ə yüksəlmişdir. 

- Sizin müştəriləriniz sığorta polisini sayt və digər elektron vasitələrlə sifarişvermək və ödəniş etmək imkanı qazandılar. Bu xidmət nə qədər populyardır?

- Bu,  “Meqa Sığorta” şirkətinin sığorta bazarında etdiyi yenilik kimi dəyərləndirilir. Müştərilərimizin rahatlığına hesablanan bu xidmət sayəsində ofisə gələrək əlavə vaxt itirməyə və ya sığorta agentini çağırmağa ehtiyac qalmır. Hazırda ölkəmizdə geniş tətbiq olunan E-manat terminallarına yaxınlaşan vətəndaş buradakı məlumat bölməsini doldurmaqla icbari nəqliyyat sığortası əldə edə bilər. İcbari Nəqliyyat Sığortası üzrə sığorta qiymətləri və sığorta şərtləri standart olduğundan tam əminliklə bu sığorta növünün E-manat terminalları vasitəsilə sifariş edilməsi mümkündür.
Qeyd edim ki, bu xidmət çox sadə və minimum məlumatlar tələb edən interfeys vasitəsilə həyata keçirilir, sistem isə birbaşa olaraq sığorta şirkətinin daxili proqram təminatı və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq icbari sığorta növlərinin rəsmiləşdirilməsi üçün yaradılmış İcbari Sığorta Bürosunun vahid elektron informasiya bazası ilə əlaqəlidir. İcbari Sığorta Qanunvericiliyinə uyğun olaraq güzəşt və artırma əmsalı nəzərə alınmaqla terminal tərəfindən avtomatik olaraq sığorta haqqı hesablanır. Ekranda göstərilən sığorta haqqı məbləğini terminala ödədikdən sonra İcbari Nəqliyyat Sığortası Şəhadətnaməsi dərhal qüvvəyə minir və sığortalanma haqqında məlumat ekranda və ödəniş qəbzində göstərilir, həmçinin mobil nömrəyə İcbari Sığorta Bürosu tərəfindən etibarlılıq haqqında SMS göndərilir. Sığorta Şəhadətnaməsi isə ən geci 48 saat ərzində müştərilərimizə çatdırılır.Xidmət həftənin bütün günləri 24 saat ərzində aktivdir. İstifadə hallarına gəlincə, deyə bilərəm ki, müştərilərimiz bu xidməti böyük maraqla qarşıladılar və ümidvaram ki, uğurla davam edəcək.

- Sığorta xidmətləri bazarında insan faktoru nə qədər böyük rol oynayır? Öz mütəxəssislərinizin təcrübəsi və kommunikativ bilikləri haqqında nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, sığorta şirkətlərinin uğurları kadrların peşəkarlığından çox asılıdır. Biz işçilərin işə qəbul prosesinə, onların təhsil səviyyəsinə böyük önəm veririk. Qeyd etmək istərdim ki, işəgötürmə prosesində kadrların fərdi xüsusiyyətlərinə xüsusi diqqət yetiririk. Çünki həmin insanlar müştərilərlə birbaşa ünsiyyət qururlar və demək olar ki, onlar “Meqa Sığorta”nı təmsil edirlər. İlk növbədə vicdanlı, dürüst insanlarla işləməyə üstünlük veririk. Onların müəyyən bilik bazasına malik olmaları kifayətdir və bundan sonra biz müştərilərlə ünsiyyət qurmaq, məhsul və xidmətlərimiz barədə müntəzəm olaraq treninqlər təşkil edirik. Şikətin daxilində də rotasiya aparırıq. Bəzən bir departamentdə özünü doğrultmayan əməkdaş digər sahədə daha yaxşı nəticə göstərir. Ona görə də işçilərimizə həm də seçim imkanı yaradırıq. Bu, daimi bir prosesdir və hazırda mükəmməl bir komanda formalaşdıra bilmişik.   

-  Bilirik ki, bu yaxınlarda “Mega Sığorta” şirkəti “European Quality Award” diplomu və atributu ilə təltif olunub. Zəhmət olmasa, bu barədə daha ətraflı məlumat verin.

- 2014-2015-ci illərin nəticələrinə əsasən, Avropa Biznes Assambleyasının mütəxəssisləri İsveçrə Keyfiyyət Standartları İnstitutu ilə birlikdə “dünyanın dinamik inkişaf edən şirkətləri” mövzusunda beynəlxalq standarlar əsasında illik hərtərəfli araşdırmalar keçiriblər. Məqsəd isə regional liderləri, investor və biznes tərəfdaşlarını müəyyən etmək, şirkətlərin bazarda dəyərini, məhsul və xidmətlərin keyfiyyətini qoruyub saxlamaqdır. Tədqiqatların nəticələrinə əsasən, İsveçrənin Montre şəhərində liderlərin sammiti çərçivəsində təşilatların mükafatlandırılması mərasimi keçirildi. Eləcə də forumda dünyanın bir neçə ölkəsini təmsil edən regional istehsalçılar, top-menecerlər, dövlət məmurları, sahibkarlar, alimlər, keyfiyyət üzrə beynəlxalq ekspertlər iştirak edirdilər. Qürurvericidir ki, mükafatçılar sırasında Azərbaycandan “Meqa Sığorta” da vardı və bizə“European Quality Award” diplomu və atributu, eləcə də “European Quality” brendinin istifadəsi üçün beş illik lisenziya təqdim olundu. Həmçinin şirkətimizin EBBA və SIQS meyarlarına uyğun yüksək nəticə əldə etdiyi vurğulandı. Tədbirdə qeyd olundu ki, “Meqa Sığorta” kimi müasir şirkətlər milli biznes elitasını layiqincə təmsil edir, elmi və mədəni inteqrasiya mühərriki hesab olunurlar. Sözsüz ki, qazanılmış bu avropa mükafatı təkcə şirkətə verilən yüksək qiyməti deyil, həm də dünyada Azərbaycanın biznes imicinin möhkəmləndirilməsində müsbət haldır.

- Sizi təbrik edirik. Uğurlarınız davamlı olsun. Yerigəlmişkən, yaxın gələcək üçün Sizin planlarınıza toxunmaq istərdik. Müştərilərinizi hansı yeniliklərlə sevindirəcəksiniz?

- Bakıda və rayonlarda ofis şəbəkəmizi genişləndirməyi, xidmətlərimizi daha da təkmilləşdirməyi nəzərdə tutmuşuq. Rayonlarda əməkdaşlarımızın sayını artırırıq, çünki sığorta hadisəsi zamanı hadisə yerində müştərimiz özünün tək olmadığını hiss etməlidir. “Meqa Sığorta” gələcəkdə də müştərilərin rahatlığını təmin etmək üçün digər sığorta xidmətlərinin terminallar vasitəsilə həyata keçirilməsini planlaşdırır. Qeyd edim ki, Mingəçevir, Sumqayıt, Zaqatala, Gəncə, Lənkəran ofislərimizi yeniləmişik. Hədəflərimizə xidmətin keyfiyyətini yüksəltmək, sığorta bazarının inkişafı, sığorta mədəniyyətinin yüksəldilməsinə öz töhfələrimizi vermək, fərdi və korporativ satış şəbəkəsini genişləndirmək kimi perspektivlər daxildir. 
 

 
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.
 
 
Şərh yazın
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (223)
+ Avtomobillər (298)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (137)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (345)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (529)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (334)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (267)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.