Bankirlər AMB-nin qərarına etiraz edirlər |
AMB, qeyd olunanları nəzərə alaraq, banklara və BOKT-lara istehlak kreditləri üzrə tutulan komissiya haqqlarının nağdlaşdırma da daxil olmaqla kreditin məbləğinin 1%-ni keçməməsini tapşırır. Bankirlər isə AMB-nin məktubunu birmənalı qarşılamayıb.Bir sıra bank rəhbərləri bildirib ki, Mərkəzi Bankın məktubunda bir sıra sual doğuracaq məqamlar var.
Mərkəzi Bankın qərarı müştəriləri aldadılmaqdan xilas edəcək
İqtisadçı alim, Vüqar Bayramov Mərkəzi Bankın komissiya faizləri ilə bağlı qəbul etdiyi qərarı dəstəklədiyini bildirib. Mərkəzi Bankı xeyili müddət gündəmdə saxladığımız təklifimizi axır ki qəbul etdi: banklar müştərilərə verilən kreditlərin rəsmiləşdirilməsi üçün tutulan komissiya haqqının 1 faizədək məhdudlaşdıracaqlar.
Mərkəzi Bankın tapşırığı kimin xeyrinə olacaq?
İlk növbədə kreditlərin faiz dərəcələri artacaq. Artım təxminən 5-10% təşkil edəcək. Ancaq bu təsir uzunmüddətli olmayacaq. Bir müddətdən sonra faiz dərəcələrində azalma müşahidə ediləcək. Azalmanın əvvəlki səviyyəyə düşməsini söyləmək tezdir. Çünki kredit bazarında digər amillər də nəzərə alınmalıdır. ”İstehlak kreditlərinin rəsmiləşdirilməsi zamanı bank xidmətlərinə görə komissiyanın azaldılması kreditlər üzrə faiz dərəcələrinin artmasını stimullaşdıra bilər.
Bunu Azərbaycan Bank Tədris Mərkəzinin rəhbəri Cavanşir Abdullayev deyib.
|