az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Lüğət
A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
TƏKRARSIĞORTAÇI
Sözün izahı

Müvafiq lisenziya əsasında ilkin sığortaçı və ya ilkin təkrarsığortaçı tərəfindən bağlanmış sığorta və ya təkrarsığorta müqavilələri üzrə sığortalanmış (təkrarsığortalanmış) risklərə təkrarsığorta təminatı verən hüquqi şəxs.

Misal:

Şəxs öz mənzilini “A” sığortaçıda sığorta etdirir. “A” sığortaçı da öz növbəsində həmin mənzillə bağlı qəbul etdiyi riskin 60 faizini sığorta fəaliyyəti və ya müstəsna olaraq təkrarsığorta fəaliyyəti üçün lisenziyası olan “B” təkrarsığortaçıda təkrarsığorta etdirir. Bu halda “A” sığortaçı ilə təkrarsığorta müqaviləsi bağlayaraq təkrarsığorta haqqını qəbul edən və sığorta riskinin bir hissəsini öz üzərinə götürən, sığorta hadisəsi baş verdikdə isə sığortalıya və ya faydalanan şəxsə verilməli olan sığorta ödənişi məbləğinin sığorta riskindəki payına (60 %) mütənasib hissəsini “A” sığortaçıya ödəmək öhdəliyi daşıyan “B” şirkəti təkrarsığortaçıdır.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu,

maddə 1.1.7: təkrarsığortaçı – sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziyası olan ilkin sığortaçı və ya ilkin təkrarsığortaçı tərəfindən bağlanmış sığorta və ya təkrarsığorta müqavilələri əsasında sığortalanmış (təkrarsığortalanmış) riskləri təkrarsığortalayan (təkrarsığortaya qəbul edən) tərəf.

maddə 11.1: Sığorta və təkrarsığorta fəaliyyəti sığortaçının, müstəsna olaraq təkrarsığorta fəaliyyəti isə təkrarsığortaçının həyata keçirdiyi əsas fəaliyyət növüdür.

maddə 11.3: Təkrarsığortaçılar bütün sığorta sinifləri üzrə təkrarsığorta əməliyyatları apara bilərlər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 884.7:

Təkrarsığortaçı ilkin sığortaçı və ya ilkin təkrarsığortaçı tərəfindən bağlanmış sığorta və ya təkrarsığorta müqavilələri əsasında sığortalanmış (təkrarsığortalanmış) riskləri təkrarsığortalayan (təkrarsığortaya qəbul edən) təkrarsığorta müqaviləsinin tərəfidir.

Beynəlxalq təcrübədən nümunə

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Sığorta Komitəsi Katibliyi: “İnkişaf etməkdə olan ölkələrdə Sığorta və Özəl Pensiya üzrə İcmal”, 1-ci Kitab (1999), səh.26:

Birbaşa sığortalayan sığortaçıların sığorta portfellərinin müdafiəsi üçün onlara sığorta təminatı satan sığortaçı təkrarsığortaçı (eng.–reinsurer) adlanır.

Malayziya Federasiyasının Sığorta Aktı - 1996-cı il, I hissə, 2-ci maddə:

Peşəkar təkrarsığortaçı dedikdə, yalnız təkrarsığorta əməliyyatları üzrə lisenziyası olan təkrarsığortaçı başa düşülür.

Bolqarıstan Respublikasının Sığorta Məcəlləsi - 2005-ci il, maddə 8, (2):

Təkrarsığortaçı bu Məcəlləyə uyğun olaraq verilmiş lisenziya əsasında lisenziya almış açıq səhmdar cəmiyyəti, habelə öz hüquqi ünvanı üzrə daxili təkrarsığortanı həyata keçirən şəxsdir.

Misir Ərəb Respublikasının “Sığorta nəzarəti haqqında” Aktı - 1981-ci il, maddə 17:

Bu Aktın məqsədləri üçün “sığorta və təkrarsığorta şirkətləri” dedikdə, sığorta və təkrarsığorta fəaliyyətinə lisenziyası olan… açıq səhmdar cəmiyyətləri başa düşülür.

A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (327)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (271)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (350)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (317)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (267)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (400)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.