az / ru
 
     
 
Ana səhifə > Praktikum > Lüğət
A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
BƏDBƏXT HADISƏ
Sözün izahı

Xarici amillərin təsiri nəticəsində faktiki baş verən, sığorta olunanın sağlamlığının pozulmasına, əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsinə və ya ölümünə səbəb olan qəfil, gözlənilməz hal.

Misal: Zavoddakı sexlərin birində işçi kəsici dəzgahla ehtiyatsız davranma nəticəsində qolunu itirir və ya bina tikintisində işləyən fəhlə lazımınca bərkidilməmiş taxta dirəklərin sürüşməsi nəticəsində beşinci mərtəbədən yerə yıxılır və ölür, yaxud da yolu keçən piyadanı maşın vurur, ovçunun heyvana atdığı güllə ehtiyatsızlıqdan insana dəyir və s bu kimi hadisələr bədbəxt hadisələrdir.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli Qanunu,

maddə 2.0.10:

istehsalatda bədbəxt hadisə - əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı.

Beynəlxalq təcrübədən nümunə

Qazaxıstan Respublikasının 2005-ci i 7 fevral tarixli “İşçinin əmək (xidməti) funksiyalarını yerinə yetirərkən onun həyatına və sağlamlığına zərər vurulmasına görə işəgötürənin mülki məsuliyyətinin icbari sığortası haqqında” Qanunu,

maddə 1:

Əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə — işçinin əmək vəzifələrini və ya işəgötürənin tapşırığını yerinə yetirərkən zərərli və (və ya) təhlükəli istehsalat amillərinin təsiri nəticəsində onun əmək qabiliyyətinin davamlı itirilməsinə, peşə xəstəliyinə və ya ölümünə səbəb olan zədələnməsi və ya zəhərlənməsi.

A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (223)
+ Avtomobillər (298)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (137)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (345)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (529)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (334)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (267)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.