az / ru
 
     
 
Ana səhifə > Praktikum > Lüğət
A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
AZADOLMA MƏBLƏĞI
Sözün izahı

Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsi.

Misal:

Sığortalanmış avtomobilin sığortası üzrə müqavilədə şərtsiz azadolma məbləği 500 manat müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə 8900 manat həcmində zərər dəyir. Bu halda sığortaçı sığorta olunana 8400 manat (8900 – 500 = 8400 manat) məbləğində ödəniş verir. Əgər müqavilədə azadolma məbləği şərtsiz deyil, şərtli nəzərdə tutulsa idi, bu zaman zərər həmin məbləğdən çox olduğu üçün bütövlükdə, yəni 8900 manat məbləğində ödəniləcəkdi. Bundan əlavə, əgər dəyən zərərin həcmi 500 manatdan az (məsələn, 489 manat) təşkil etsə idi, müqavilədə azadolma məbləğinin şərtli və ya şərtsiz nəzərdə tutulmasından asılı olmayaraq, heç bir sığorta ödənişi verilməyəcək.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının Mülki Məcəlləsi,

maddə 898.2: Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsi

maddə 898.3: Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən çox olduqda zərər məbləğindən azadolma məbləği çıxılmır. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir.

Beynəlxalq təcrübədən nümunə

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Sığorta Komitəsi Katibliyi: “İnkişaf etməkdə olan ölkələrdə Sığorta və Özəl Pensiya üzrə İcmal”, 1-ci Kitab (1999), səh.14:

Bəzi polislər (sığorta müqavilələri)zərərin baş verdiyi halda onun konkret məbləğ və ya faizlə ifadə olunan bir hissəsinin sığortalının öz hesabına ödənilməsini tələb edən müddəanı ehtiva edir. Zərərin bu hissəsi, müəyyən məbləğə bərabər və ya ondan aşağı məbləğdə zərər baş verdiyi hallarda tətbiq edilməni nəzərdə tutursa, şərtli azadolma (eng.-franchise), zərər məbləğindən asılı olmayaraq, müəyyən məbləğin hər zaman çıxılmasını nəzərdə tutursa, sərtsiz azadolma (eng.-deductible)adlanır.

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 22:

Azadolma məbləği (eng.-deductible)– müəyyən məbləğdən yuxarı həcmdə zərərin mövcud olduğu halda, sığortalının zərərin bir hissəsini ödəmək vəzifəsini nəzərdə tutan müddəa.

A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (223)
+ Avtomobillər (298)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (137)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (345)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (529)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (334)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (267)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.