az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Lüğət
A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
POLIS (SIĞORTA POLISI)
Sözün izahı

Sığortalı ilə sığortaçı arasında bağlanan, hər iki tərəfin hüquq və vəzifələrini bəyan edən, yazılı şəkildə tərtib olunan sığorta müqaviləsi.

Bax: SIĞORTA MÜQAVİLƏSİ”.

Əlavə izahat:

Ayrı-ayrı ölkələrin sığorta qanunvericiliyində və təcrübəsində istifadə olunan sığorta polisi və ya polis əsasən standart formalı (qayda və əsas şərtləri əvvəlcədən müəyyən edilmiş) yazılı sığorta müqaviləsidir. Məhz sığortaya xas olan termin olmaqla, polis adətən sığorta müqaviləsinə aid bütün sənədləri özündə ehtiva edir.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının sığorta qanunvericiliyində “sığorta polisi”nin anlayışı verilməmiş və bu termindən istifadə olunmamışdır.

“Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Könüllü (əlavə) sosial sığorta şəhadətnaməsinin (polisin) formasının təsdiqi haqqında” 1997-ci il, 19 avqust tarixli 94 №-li Qərarı:

Könüllü (əlavə) sosial sığorta şəhadətnaməsinin (polisin) forması təsdiq edilsin (əlavə olunur).

Beynəlxalq təcrübədən nümunə

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh.53:

Polis (eng.-policy)– sığortalıya sığorta şirkəti tərəfindən verilən yazılı sığorta müqaviləsidir.

Böyük Britaniyanın Dəniz risklərinin sığortası haqqında 1906-cı il Aktı, maddə 22:

…dəniz sığortası müqaviləsi bu Akta uyğun olaraq, dəniz polisi (eng.-marine policy) formasında tərtib edilmədiyi halda, etibarsızdır.

Avstraliya Federasiyasının 1984-cü il “Sığorta müqavilələri” Aktı, maddə 11 (1):

“polis sənədi” (eng.-policy document)dedikdə, sığorta müqaviləsinə münasibətdə

a) sığortaçı tərəfindən hazırlanmış, müqavilənin bağlanması faktını təsdiq edən sənəd;

b) müqavilənin bağlanması faktını təsdiq edən brokerin yerləşdirmə slipi başa düşülür

və müvəqqəti bağlanmış sığorta müqaviləsinə münasibətdə “təminat şəhadətnaməsi” kimi tanınan sığortaçı və ya onun verdiyi səlahiyyət əsasında sığorta vasitəçisi tərəfindən hazırlanan sənədi də əhatə edir.

R.T. Yoldaşev, “Sığorta biznesi: Lüğət-sorğu kitabı” M.: “Ankil”, 2005, səh. 803:

Polis (рус.-полис)– bağlanmış sığorta müqaviləsinin hüquqi sübutu olan sənəd…

A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (327)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (273)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (355)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (94)
+ Nəqliyyat və logistika (276)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (262)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (317)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (271)
+ Topdansatış ticarəti (145)
+ Turizm və istirahət (398)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (126)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (134)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.