az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Lüğət
A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
ANNUITET
Sözün izahı

Sığorta hadisəsi baş verdikdə sığortaçının sığorta olunan və ya faydalanan şəxsə sığorta müqaviləsində nəzərdə tutulmuş müvafiq dövriliklə ödəməli olduğu məbləğ.

Misal: Şəxs həyat sığortası müqaviləsi bağlayır və həmin müqavilə üzrə sığorta hadisəsi kimi onun 70 yaşına çatması və ya bu yaşa çatanadək ölümü göstərilir. Bu müqavilədə sığorta ödənişinin verilməsi ayda 1000 manat olmaqla aylıq annuitet formasında müəyyən edilir. Beləliklə, bu halda sığorta olunan şəxs 70 yaşını qeyd etdikdən sonra ölənədək hər ay sığortaçıdan 1000 manat alacaqdır.
 

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu,

maddə 14.2.2:
sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın öldüyü, yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın yaşam sığortası.

«İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli Qanunu,

maddə 2.0.7:
annuitet müqaviləsi - qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icazə almış sığortaçı və faydalanan şəxs arasında bağlanılan, həmin faydalanan şəxsin xeyrinə dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta müqaviləsi

Beynəlxalq təcrübədən nümunə

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 7:

Annuitet (eng.-annuity) –bir neçə il və ya bütün ömür boyu dövri sığorta ödənişlərini nəzərdə tutan müqavilə.

Malayziya Federasiyasının Sığorta Aktı - 1996-cı il, I hissə, 2-ci maddə, dördüncü abzas:

Annuitet – həyata sığorta şirkəti ilə bağlanmış müqavilə əsasında bir il və ya daha az intervalda dövri ödənişlər almaq hüququ.

Qazaxıstan Respublikasının 2005-ci i 7 fevral tarixli “İşçinin əmək (xidməti)funksiyalarını yerinə yetirərkən onun həyatına və sağlamlığına zərər vurulmasına görə işəgötürənin mülki məsuliyyətinin icbari sığortası haqqında” Qanunu, maddə 1:

Annuitet müqaviləsi (рус.-договор аннуитета) – sığortaçının faydalanan şəxsin xeyrinə dövri ödəmələr şəklində sığorta ödənişlərini həyata keçirməsini nəzərdə tutan sığorta müqaviləsi.

A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (330)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (219)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (278)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (282)
+ Tikinti və landşaft (542)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (343)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.