az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Lüğət
A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
ÖZ VƏSAITI
Sözün izahı

Sığortaçının öhdəliklərindən azad olan aktivləri.

Misal:

“A” sığortaçının balans üzrə aşağıdakı aktivləri var: dövlət qiymətli kağızları – 500 000 manat, bank hesablarındakı pul vəsaitləri – 300 000 manat, daşınmaz əmlakı1 500 000 manat, qeyri-dövlət qiymətli kağızları200 000 manat və digər hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər – 100 000 manat olmaqla, cəmi 2 600 000 manat təşkil edir. Onun sığorta ehtiyatları ümumi məbləği 1 500 000 manat, kreditor borcları isə 600 000 manat təşkil edir. Belə olan halda “A”sığortaçının öz vəsaiti 500 000 manat (2 600 000 - 1 500 000 - 600 000=500 000 manat) təşkil edir.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 1.1.28:

sığortaçının öz vəsaiti – sığortaçının öhdəliklərindən azad olan, məbləği sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilən qaydalara əsasən hesablanan vəsaitləri.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2008-ci il 14 noyabr tarixli “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qaydalar”ı, bənd 4.1:

Sığortaçının öz vəsaiti aşağıdakı düsturla hesablanır:

A = B – C – E – Ə – F

burada:

A – sığortaçının öz vəsaitidir;

B – sığortaçının aktivlərinin məcmu balans dəyəridir;

C – sığortaçının sığorta ehtiyatlarını təmin edən vəsaitlərinin ifadə olunduğu aktivlərinin balans dəyərlərinin məcmu məbləğidir;

E - sığortaçının balans öhdəlikləridir (sığorta ehtiyatları çıxılmaqla);

Ə – sığortaçının balansdan kənar öhdəlikləridir (ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmidir);

F - Qanunun 63.1.1-63.1.6maddələrində göstərilmiş aktivlərin (dövlət qiymətli kağızları; bank hesablarındakı pul vəsaitləri; daşınmaz əmlak; qeyri-dövlət qiymətli kağızları; digər hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər; öz işçilərinə borc verilmiş pul vəsaitləri) qrupuna aid olmayan aktivlərin məcmu balans dəyəridir.

Beynəlxalq təcrübədən nümunə

Rusiya Federasiyanın 1992-ci il 27 noyabr tarixli “Rusiya Federasiyasında sığorta işinin təşkili haqqında” Qanunu, maddə 25, bənd 2:

Sığortaçıların (müstəsna olaraq öz üzvlərinin sığortalanmasını həyata keçirən qarşılıqlı sığorta cəmiyyətləri istisna olmaqla) öz vəsaiti (рус.-cобственные средства страховщиков)onun nizamnamə kapitalından, ehtiyat kapitalından, əlavə kapitalından və bölüşdürülməmiş mənfəətindən ibarətdir.

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 26:

Öz vəsaiti (eng.-equity capital) – bazar dəyərinin alış qiymətindən artıq olduğu halda, hansının az olmasından asılı olaraq alış qiymətinin və ya hazırkı bərpa dəyərinin götürülməsi prinsipi əsasında aktivlərin qiymətləndirilməsinin nəticəsində alınan potensial qalıq.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Sığorta Komitəsi Katibliyi: “İnkişaf etməkdə olan ölkələrdə Sığorta və Özəl Pensiya üzrə İcmal”, 1-ci Kitab (1999), səh. 22:

Kapital aktivlərin öhdəliklərdən artıq olan hissəsidir.

A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (327)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (273)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (355)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (94)
+ Nəqliyyat və logistika (276)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (262)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (317)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (271)
+ Topdansatış ticarəti (145)
+ Turizm və istirahət (398)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (126)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (134)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.