az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Lüğət
A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
NIZAMNAMƏ KAPITALI
Sözün izahı

Sığortaçının səhmdarları tərəfindən ödənilən və onların sığorta şirkətindəki maraqlarını ifadə edən vəsait.

Misal:

A sığortaçı (açıq səhmdar cəmiyyəti) yaradılarkən 1 səhmin qiyməti 50 000 manat olmaqla 100 səhm buraxır. Səhmdarların səhmlər üçün ödədiyi ümumi məbləğ (50 000x100=5 000 000 manat) həmin sığortaçının ödənilmiş nizamnamə və ya təsis kapitalını təşkil edir. Əgər sığortaçı sonradan səhmlərin sayını 150-ə çatdırarsa və səhmdarlar ümumilikdə 30 əlavə səhm də alarsa, bu zaman sığortaçının elan olunmuş nizamnamə kapitalı 7 500 000 manat, ödənilmiş nizamnamə kapitalı isə 6 500 000 manat (50 000x130=6 500 000 manat) olacaq.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 90.1, ikinci və üçüncü cümlələr:

Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz.

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu,

maddə 80.1: Sığortaçı olmaq üçün təsis edilən hüquqi şəxs dövlət qeydiyyatına alınanadək onun nizamnamə kapitalı tələb olunan kapitalın sığorta nəzarəti orqanı tərəfindən müəyyən olunmuş minimum məbləğindən az olmayan hissəsində pul ilə ödənilməlidir.

maddə 80.2: Sığortaçının nizamnamə kapitalının formalaşdırılması üçün kredit və ya borc şəklində cəlb olunmuş pul vəsaitindən, girov götürülmüş və ya qanunsuz yolla əldə edilmiş əmlakdan, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və bələdiyyə büdcələrinin, büdcədənkənar fondların pul vəsaitlərindən və dövlət hakimiyyəti orqanlarının sərəncamında olan digər vəsaitdən istifadə edilə bilməz.

Beynəlxalq təcrübədən nümunə

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2007), səh. 23:

İlkin kapital tələbi(eng.-initial capital requirement)sığorta şirkətini təsis etmək üçün tələb olunan minimum kapital (ilkin ödəmə qabiliyyəti tələbi (eng.-initial solvency requirement).

Misir Ərəb Respublikasının “Sığorta nəzarəti haqqında” Aktı - 1981-ci il, maddə 27:

Siğorta və ya təkrarsığorta şirkəti təsis edildiyi anda ən azı yarısının ödənilmiş olduğu 30 milyon LE-dən az olmayan nizamnamə kapitalı ilə Misirin səhmdar cəmiyyəti təşkilati-hüquqi formasında olmalıdır.

Rusiya Federasiyanın 1992-ci il 27 noyabr tarixli “Rusiya Federasiyasında sığorta işinin təşkili haqqında” Qanunu, maddə 25, bənd 3:

Nizamnamə kapitalına (рус.- уставный капитал) borc vəsaitlərinin və girov əmlakının qoyulmasına yol verilmir.

Qazaxıstan Respublikasının Maliyyə Bazarlarının və Maliyyə Təşkilatlarının Tənzimlənməsi və Nəzarəti üzrə Agentliyini “Sığorta (təkrarsığorta) təşkilatlarının prudensial normativlərinin hesablanmasının normativ mahiyyəti və metodikası, prudensial normativlərin yerinə yetirilməsi üzrə hesabatların təqdim edilmə forması və müddəti haqqında” Təlimatı, Fəsil 1:

Yeni yaradılmış sığorta (təkrarsığorta) şirkətinin nizamnamə kapitalı “ümumi sığorta” sahəsi üzrə 1 mlrd. 100 mln. tengə, “həyat sığortası” sahəsi üzrə 1 mlrd. 200 mln. tengə … təşkil edir.

A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (327)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (273)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (355)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (94)
+ Nəqliyyat və logistika (276)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (262)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (317)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (271)
+ Topdansatış ticarəti (145)
+ Turizm və istirahət (398)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (126)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (134)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.