az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Lüğət
A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
AGENT (SIĞORTA AGENTI)
Sözün izahı

Müvafiq lisenziyası olan və sığortaçıya siğorta müqaviləsinin bağlanması, yenilənməsi və ya davam etdirilməsi üçün vasitəçilik xidməti göstərən şəxs.

Misal: Şəxs öz avtomobilini sığortalamaq istəyir. Sığortaçının nümayəndəsi onunla görüşür, sığorta şərtlərini ona izah edir, sığortaçının adından onunla danışıqlar aparır və əgər sığortaçı ona belə bir səlahiyyət veribsə, sığortaçının adından sığorta müqaviləsini imzalayır. Bütün bu fəaliyyət sığorta nəzarəti orqanının (Azərbaycan Respublikasında bu orqan Maliyyə Nazirliyidir) verdiyi lisenziya əsasında həyata keçirilir.  Sığorta nəzarəti orqanından lisenziya almış, sığortaçı ilə agent xidməti üzrə müqavilə bağlamış, həmin müqavilə əsasında sığortaçının adından öz risklərini sığorta etdirmək istəyən şəxslə danışıqlar aparmış, sığorta şərtlərini ona izah etmiş və sığortaçının adından sığorta müqaviləsini bağlamış həmin bu nümayəndə sığorta agentidir.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu,

maddə 82.2: Sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir. Sığorta agenti bir neçə sığortaçının sığorta agenti kimi fəaliyyət göstərə bilər.

maddə 83.1: Azərbaycan Respublikasında sığorta agenti… fəaliyyəti ilə məşğul olmaq üçün sığorta nəzarəti orqanından müvafiq lisenziya alınmalıdır.

Beynəlxalq təcrübədən nümunə

İordaniya Krallığının “Sığorta tənzimlənməsi Aktı” -1999-cu il, maddə 2, on beşinci abzas:

Agent (eng.-agent) – (Sığorta)Şirkət(i)tərəfindən sığorta əməliyyatlarının onun və ya hər hansı filialının adından həyata keçirilməsi üçün təyin edilərək səlahiyyətləndirilmiş, habelə bu Aktın müddəalarına uyğun olaraq, (sığorta nəzarəti)Komissiya(sı)tərəfindən lisenziyalaşdırılmış şəxs.

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının “Sığortanın Əsas Prinsipləri və metodologiyası” (oktyabr 2003), sığortanın 24-cü əsas prinsipi, vacib meyarlar, a. bəndi

Nəzarət orqanı sığorta vasitəçilərinin lisenziyalaşdırılmasını və ya qeydiyyata alınmasını tələb edir.

Belarus Respublikasının 1993-cü il 3 iyun tarixli “Sığorta haqqında” Qanunu, maddə 8:

Sığorta agenti (рус.-страховой агент) – sığortaçının tapşırığı ilə onun adından müəyyən haqq müqabilində sığorta fəaliyyətini həyata keçirən sığortaçının nümayəndəsidir.

A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (304)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (333)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (84)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (235)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (282)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (286)
+ Tikinti və landşaft (546)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (355)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (132)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.