az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Lüğət
A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
MƏCMU KAPITAL
Sözün izahı

Sığortaçının aktivlərinin müxtəlifliyi, etibarlılığı, likvidliyi və digər keyfiyyət meyarları nəzərə alınmaqla hesablanan dəyəri.

Əlavə izahat:           

“A” sığortaçının öz vəsaitinə daxildir: dövlət qiymətli kağızları – 500.000 manat dəyərində, bank hesablarındakı pul vəsaitləri – 1.300.000 manat, daşınmaz əmlak-1.500.000 manat dəyərində, qeyri-dövlət qiymətli kağızları – 200.000 manat; cəmi 3.500.000 manat. Lakin bu məbləğ “A” sığortaçının ödəmə qabiliyyətini tam şəkildə əks etdirmir. Belə ki, zəlzələ, daşqın və s. hallarda kütləvi şəkildə baş verən sığorta hadisələrinin tənzimlənməsi zamanı sığortaçı sığorta ödənişlərini tam və vaxtında vermək üçün öz aktivlərindən istifadə etmək məcburiyyətində qaldıqda, məsələn, böyük ehtimalla daşınmaz əmlakını tez bir zamanda 1.500.000 manat dəyərində sata bilməyəcək. Buna görə də qeyd olunan aktivlərin etibarlı və likvid (hər hansı aktivin lazım olan anda tez bir zamanda bazar qiymətinə yaxın qiymətə satılması imkanı) dəyərinin hesablanması üçün qanunvericilikdə onlara müvafiq azaldıcı əmsallar tətbiq edilir. Məsələn, sığortaçıya 1.500.000 manata başa gələn və mühasibat balansında da həmin dəyərdə göstərilən daşınmaz əmlak onun ödəmə qabiliyyətinin göstəricilərindən biri olan məcmu kapitalının hesablanması zamanı daha az – məsələn 1.200.000 manat dəyərində nəzərə alınır. Bu da öz növbəsində məcmu kapitalının aktivlərin balans dəyərindən aşağı məbləğdə olmasına səbəb olur. Bundan başqa, tələb olunur ki, sığortaçı bir bankda öz vəsaitinin 30 %-dən artıq hissəsini saxlamasın. Əgər “A” sığortaçının “C” bankındakı pul vəsaitlərinin həcmi 1.100.000 manatdırsa, sığortaçının məcmu kapitalı hesablanarkən 50.000 manat (3.500.000x30%=1.050.000; 1.100.000 - 1.050.000=50.000 manat) vəsait nəzərə alınmır.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu,

maddə 1.1.29: məcmu kapital – sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təmin edilməsi üçün lazım olan vəsaitin mövcud məbləği.

maddə 79.4: Sığortaçının məcmu kapitalı onun aktivlərinin diversifikasiya səviyyəsinə, etibarlı lığına, investisiyaya yönəldilməsinə, rentabelliyinə, likvidliyinə, tərkibinə və digər keyfiyyət meyarlarına dair tələblər nəzərə alınmaqla bu Qanunun 62.2-ci maddəsində (Sığorta nəzarəti orqanı sığortaçıların investisiya əməliyyatları ilə bağlı qaydalar müəyyənləşdirir) nəzərdə tutulmuş qaydalar əsasında müəyyən edilir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2008-ci il 14 noyabr tarixli “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qaydalar”ı, bənd 6:

Məcmu kapital bu kapitalın hesablanması üçün qəbul olunan aktivlərin balans dəyərlərinə bu Qaydaların 4.2-ci bəndində göstərilən əmsallar (dövlət qiymətli kağızları – 100 %; bank hesablarındakı pul vəsaitləri – 100 %; daşınmaz əmlakın qalıq dəyəri – 80 %; qeyri-dövlət qiymətli kağızları – 80 %; digər hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər – 80%; öz işçilərinə borc verilmiş pul vəsaitləri – 80 %.) tətbiq edildikdən sonra alınan məbləğlərin bu Qaydaların 5.1-ci bəndində göstərilən diversifikasiya normativlərini (dövlət qiymətli kağızları – 100 %-dək; bank hesablarındakı pul vəsaitləri - bir bankda 30 %-dən artıq olmamaq şərtilə, 80 %-dək; daşınmaz əmlak - bir daşınmaz əmlaka 10 %-dən artıq olmamaq şərtilə, 20 %-dək; qeyri-dövlət qiymətli kağızları – 15 %-dək; bir hüquqi şəxsin nizamnamə kapitalında payı 5 %-dən və (“Sığorta fəaliyyəti haqqında”) Qanunun 66.4-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, müvafiq hüquqi şəxsin nizamnamə kapitalının 45 %-dən artıq olmamaq şərtilə, digər hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər – 10 %-dək;  bir işçiyə verilən borcun ümumi məbləği 1 %-dən artıq olmamaq şərtilə öz işçilərinə borc verilmiş pul vəsaitləri – 10 %-dək.) aşmayan hissələrinin cəminə bərabərdir.

Beynəlxalq təcrübədən nümunə

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 55 (səh. 9):

Tənzimləmə kapitalı(eng.-regulatory capital)bax: mövcud ödəmə qabiliyyəti – daxili qanunvericiliyə (həmçinin ümumi mühasibat qaydalarına və ya xüsusi nəzarət qaydalarına) uyğun olaraq, habelə daxili qanunvericilik və ya nəzarət qaydaları ilə tələb olunan ödəmə qabiliyyətinin məbləği nəzərə alınmaqla hesablanan aktivlərin öhdəliklərdən azad olan hissəsi.

Tutaq ki,

A – balans üzrə aktivlərin məcmu məbləği,

Ad – prudensial səbəblərə görə çıxılmalı olan məbləğ (daşınmaz əmlak, bazar dəyərinin faiz nisbəti və s.),

TP – daxili qanunvericiliyə (həmçinin ümumi mühasibat qaydalarına və nəzarət qaydalarına) görə hesablanan texniki ehtiyatların məcmu məbləği,

TPd – tələb olunan ödəmə qabiliyyəti səviyyəsini təmin etmək üçün TP-yə daxil olan və balans üzrə müvafiq kapital elementini təmsil edən məbləğ,

OL – sığorta müqaviləsi üzrə öhdəliklərə birbaşa aid olmayan digər öhdəliklərin (ehtiyatların) məcmu məbləği,

OLd – tələb olunan ödəmə qabiliyyəti səviyyəsini təmin etmək üçün OL-ə daxil olan və balans üzrə müvafiq kapital elementini təmsil edən məbləğ (məsələn, subordinasiyalı borclar),

F – sərbəst vəsaitin (TP və OL-ə daxil olmayan balans maddələri) məcmu məbləği,

Fd – F-ə daxil olan çıxılmalı olan məbləğ (məsələn, nizamnamə kapitalının ödənilməmiş hissəsi),

I – tələb olunan ödəmə qabiliyyəti səviyyəsini təmin etmək üçün balans üzrə açıq ifadə olunmayan müvafiq kapital elementləridir (məsələn, gizli ehtiyatlar, daxili qanunvericiliyə əsasən qiymətləndirilmiş gələcək mənfəət).

Bu halda mövcud ödəmə qabiliyyəti (tənzimləmə kapital) – AS aşağıdakı düsturla (“ödəmə qabiliyyəti düsturu”) hesablanacaq:

AS = [A – Ad] – [(TP – TPd) + (OL – OLd)] – Fd + I

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının “Tənzimləmə kapitalı tələblərinin strukturu üzrə Standart (2008), bənd. 2:

Tənzimləmə kapitalı o səviyyədə təmin edilməlidir ki, sığortaçıdan saxlaması üçün tələb olunan kapitalın məbləği ən pis halda ödəniş zərurəti yaranarkən onun sığortalılar qarşısındakı öhdəliklərinə cavab versin.

A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (326)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (271)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (350)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.