az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Lüğət
A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
LISENZIYA
Sözün izahı

Qanunvericiliklə müəyyən edilmiş hallarda sığorta sektorunda peşəkar fəaliyyətin həyata keçirilməsinə rəsmi icazə verən səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənəd.

Əlavə izahat:           

Şəxs sığorta agenti kimi fəaliyyət göstərmək niyyətindədir. Bunun üçün o, sığorta nəzarəti orqanına müvafiq sənədlərini təqdim etməklə yazılı müraciət etməli, daha sonra isə lazım olan bilik və tələblərə cavab verməsini nümayiş etdirmək üçün imtahandan uğurla keçməlidir. Bundan sonra həmin şəxsə sığorta nəzarəti orqanı tərəfindən sığorta agenti kimi fəaliyyət göstərmək üçün icazə verən xüsusi sənəd təqdim edilir. Həmin sənəd lisenziya adlanır.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu,

maddə 1.1.26: lisenziya – sığortaçıya sığorta fəaliyyətini, təkrarsığortaçıya təkrarsığorta fəaliyyətini, sığorta brokerinə sığorta brokeri fəaliyyətini, sığorta agentinə sığorta agenti fəaliyyətini həyata keçirməyə icazə verən rəsmi sənəd.

maddə 7.1. Azərbaycan Respublikasının ərazisində sığorta və təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq üçün bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq lisenziya alınmalıdır.

maddə 7.3. Azərbaycan Respublikasının ərazisində təkrarsığorta fəaliyyətinin müstəsna fəaliyyət növü kimi həyata keçirilməsi üçün bu Qanunda nəzərdə tutulmuş qaydada lisenziya alınmalıdır.

10.1: Sığorta fəaliyyəti sığortaçı tərəfindən sığorta risklərinin qəbul edilməsi, yerləşdirilməsi və ya bölüşdürülməsi üzrə sığorta müqavilələrinin bağlanması və yerinə yetirilməsi ilə əlaqədar olan, sığorta fəaliyyətinə verilmiş lisenziya əsasında həyata keçirilən fəaliyyət növüdür.

10.2:Təkrarsığorta fəaliyyəti sığortaçı tərəfindən digər sığortaçılardan sığorta risklərinin qəbul edilməsi və ya həmin risklərin bölüşdürülməsi üzrə təkrarsığorta müqavilələrinin bağlanması və yerinə yetirilməsi ilə əlaqədar olan, sığorta fəaliyyətinə və ya təkrarsığorta fəaliyyətinə verilmiş lisenziya əsasında həyata keçirilən fəaliyyət növüdür.

maddə 83.1.Azərbaycan Respublikasında sığorta agenti və ya sığorta brokeri fəaliyyəti ilə məşğul olmaq üçün sığorta nəzarəti orqanından müvafiq lisenziya alınmalıdır.

Beynəlxalq təcrübədən nümunə

Səudiyyə Ərəbistanı Krallığının 2003-cü il 31 iyul tarixli “Korporativ Sığorta Şirkətlərinə nəzarət haqqında” Qanunu, maddə 2:

Səudiyyə Ərəbistanı Krallığında Nazirlər Şurasının qərarı və Ticarət və Sənaye Nazirliyinin tövsiyəsi əsasında qəbul edilən Kral Fərmanı ilə verilən lisenziya (eng.-license) almadan sığorta və ya təkrarsığorta şirkəti təşkil oluna bilməz.

Avropa İttifaqının 1973-cü il 24 iyul tarixli 73/239/ЕЕС nömrəli Qeyri-həyat sığortası üzrə Birinci Direktivi, maddə 6:

Avropa İttifaqının hər bir iştirakçı dövləti öz ərazisində birbaşa sığorta fəaliyyətinin həyata keçirilməsi üçün rəsmi şəkildə lisenziya əldə edilməsini məcburi şərt kimi nəzərdə tutmalıdır.

Rusiya Federasiyanın 1992-ci il 27 noyabr tarixli “Rusiya Federasiyasında sığorta işinin təşkili haqqında” Qanunu, maddə 32.1:

Sığorta, təkrarsığorta, qarşılıqlı sığorta, broker fəaliyyətinin həyata keçirilməsinə lisenziya (рус.- лицензия)sığorta işinin subyektinə verilir. Sığorta sahəsində fəaliyyət göstərmək hüququna yalnız lisenziya almış sığorta işinin subyekti malikdir.

Malayziya Federasiyasının Sığorta Aktı - 1996-cı il, II hissə, 9-cu maddə:

Heç kəs bu Akt əsasında lisenziya almadan sığorta fəaliyyəti, sığorta brokeri fəaliyyəti, tənzimləmə fəaliyyəti və ya maliyyə məsləhətçisi fəaliyyəti ilə məşğul ola bilməz.

A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (326)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (271)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (350)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.