az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Lüğət
A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
QRUP HALINDA SIĞORTA
Sözün izahı

Bir sığorta müqaviləsi ilə iki və ya daha çox sığorta predmetinin sığortalanması.

Əlavə izahat:           

Müəssisə bütün işçilərini tibbi sığorta etdirir. Sığortaçı ilə bağlanmış tibbi sığorta müqaviləsinin tərkib hissəsi kimi işçilərin siyahısı təqdim edilir və bu siyahı bəzi əmək müqavilələrinə xitam verilməsi və ya müəssisəyə yeni işçilərin gəlməsi ilə əlaqədar olaraq mütəmadi qaydada yenilənir. Vahid müqavilə ilə bir-neçə və ya daha çox şəxsin sağlamlığının bu cür sığortası qrup halında sığortaya aiddir. Yaxud bir şirkət malik olduğu və ya icarəyə götürdüyü bütün avtomobilləri eyni şərtlərlə sığorta etdirir. Sığortaçı bir sığorta müqaviləsi əsasında həmin müqaviləyə əlavə edilən və müvafiq hallarda yenilənən siyahıda göstərilmiş avtomobillərə görə sığorta təminatı verirsə, bu da qrup halında sığortadır.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının Mülki Məcəlləsi,

maddə 894.1: Qrup halında sığorta zamanı bir sığorta müqaviləsi ilə bir neçə sığorta predmeti sığortalanır.

maddə 894.2: Qrup halında sığorta həm şəxsi, həm də əmlak sığortası üzrə aparıla bilər.

maddə 894.3: Şəxsi sığortaya aid olan qrup halında sığorta zamanı sığortalı sığorta olunanın kimliyi göstərilən sığorta müqaviləsində sığorta olunan şəxslərin hər birini sığorta müqaviləsinin onlara aid olan bütün şərtləri ilə tanış etməlidir. Bu halda sığorta olunanların sığorta müqaviləsi ilə müvafiq şəkildə tanış edilməsini təsdiq edən sənəd (siyahı və s.) sığorta şəhadətnaməsinin ayrılmaz tərkib hissəsidir. Qrup halında sığorta zamanı şəxsi sığorta müqaviləsində sığorta olunanın kimliyi göstərildikdə və ya əmlak sığortası müqaviləsində sığortalanan əmlak fərdi şəkildə qeyd olunduqda, tərəflər arasında razılaşmaya əsasən müvafiq olaraq sığorta olunan şəxslərin hər birinə, yaxud hər bir sığortalanan əmlaka görə sığorta şəhadətnaməsi verilə bilər.

maddə 894.4: Qrup halında sığorta zamanı sığorta olunanın kimliyi göstərilməyən şəxsi sığorta müqaviləsində və ya sığortalanan əmlak fərdi şəkildə qeyd olunmayan əmlak sığortası müqaviləsində sığorta olunan şəxslərin və ya əmlak sığortası müqaviləsində sığortalanan əmlakın dairəsi o dərəcədə konkretləşdirilməlidir ki, sığorta hadisəsini, onun nəticələrini və sığorta predmeti üzrə verilməli olan sığorta ödənişinin miqdarını müvafiq olaraq hər bir sığorta olunana və ya sığortalanan əmlaka münasibətdə fərdiləşdirmək mümkün olsun.

Beynəlxalq təcrübədən nümunə

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 32:

Qrup sığortası (eng.-group insurance) – bir çox işçinin və ya onların himayəsində olanların işəgötürənlə bağlanmış vahid sığorta müqaviləsi əsasında, hər bir sığorta olunana fərdi şəhadətnamələrin verilməsi ilə sığortalanması;

Fransa Respublikasının Sığorta Məcəlləsi - 2003-cü il, maddə L140-1

Bir qrup şəxsləri (sığortaya)cəlb etmək məqsədilə hüquqi şəxslə və ya şirkət direktoru ilə bağlanan, insan həyatının müddətindən asılı olan riskləri, şəxsin fiziki sağlamlığına, analığa dair riskləri, hüquq qabiliyyəti, əmək qabiliyyəti və ya işsizliklə bağlı olan riskləri əhatə etmək üçün özündə müəyyən etdiyi meyarlara əsaslanan müqavilə qrup müqaviləsidir.

Bolqarıstan Respublikasının Sığorta Məcəlləsi - 2005-ci il, maddə 231:

(1) Həyat və ya Qəza sığortası (fiziki şəxslərin həyatı və sağlamlı ilə əlaqəli risklərə təminat verən sığortalar)müqaviləsi üzrə sayı müəyyən edilmiş və ya müəyyən edilə bilən iki və ya daha çox şəxs sığortalana bilər…

(2) Həyatı, sağlamlığı və ya əmək qabiliyyəti sığortanın predmeti olan sığorta olunanlar işçi olduqda, qrup sığortası işəgötürən tərəfindən bağlana bilər.

A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (327)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (273)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (355)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (94)
+ Nəqliyyat və logistika (276)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (262)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (317)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (271)
+ Topdansatış ticarəti (145)
+ Turizm və istirahət (398)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (126)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (134)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.