az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Lüğət
A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
QARŞILIQLI SIĞORTA CƏMIYYƏTI
Sözün izahı

Müstəsna olaraq üzvlərinin əmlak mənafelərinin sığortalanması məqsədilə fəaliyyət göstərən sığorta təşkilatı.

Əlavə izahat:           

Qarşılıqlı sığorta cəmiyyəti üzvlərinin hüquq və vəzifələrinin bərabərliyi, qarşılıqlı müdafiəsi və qarşılıqlı məsuliyyəti, cəmiyyətə könüllülük əsasında üzv olma prinsipləri əsasında həyata keçirilir. Cəmiyyətin üzvləri fiziki və (və ya) hüquqi şəxslər ola bilər. Bu cür cəmiyyətlər yalnız üzvlərinin əmlak mənafelərini sığortalayırlar. Hər hansı bir şəxs qarşılıqlı sığorta cəmiyyəti ilə sığorta müqaviləsi bağlayaraq, ona ilk sığorta haqqını ödədikdən sonra cəmiyyətin üzvü sayılır. Qarşılıqlı sığorta cəmiyyətinin üzvünün cəmiyyətin idarə edilməsində iştirak etmək və onun orqanlarına seçilmək hüququ vardır. Belə cəmiyyətlərin səhm kapitalı olmadığı üçün onun səhmdarları da olmur. Üzvlər eyni zamanda cəmiyyətin sahibləri hesab edilirlər və mənfəət sığortalı olan həmin üzvlər arasında onların sığorta haqlarına uyğun olaraq, həmçinin baş vermiş zərərlərə görə sığorta ödənişlərinin həcmi nəzərə alınmaqla bölüşdürülür.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının qanunvericiliyində ”qarşılıqlı sığorta” anlayışı və qarşılıqlı sığorta mexanizminə dair müddəa nəzərdə tutulmamışdır.

Beynəlxalq təcrübədən nümunə

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh.44:

Qarşılıqlı sığorta (eng.-mutual insurance) şirkəti – səhm kapitalı olmayan və sığortalılara məxsus olan qeyri-kommersiya sığorta cəmiyyəti.

Qazaxıstan Respublikasının “Qarşılıqlı sığorta haqqında” Qanunu, maddə 1, bənd 2:

Qarşılıqlı sığorta cəmiyyəti – öz üzvlərinin əmlak mənafelərinin sığortalanması məqsədilə istehlakçı kooperativi təşkilati-hüquqi formasında yaradılan hüquqi şəxs.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Sığorta Komitəsi Katibliyi: “İnkişaf etməkdə olan ölkələrdə Sığorta və Özəl Pensiya üzrə İcmal”, 1-ci Kitab (1999), səh.16:

Qarşılıqlı sığorta şirkətinin (eng.-mutual insurance company) fərqli cəhəti ondan ibarətdir ki, onun sahibi sığortalıları olmaqla yanaşı, həm də müstəsna olaraq sığortalıların mənfəəti üçün fəaliyyət göstərir.

A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (327)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (273)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (355)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (94)
+ Nəqliyyat və logistika (276)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (262)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (317)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (271)
+ Topdansatış ticarəti (145)
+ Turizm və istirahət (398)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (126)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (134)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.