az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Lüğət
A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z  
İKILI (ÇOXQAT) SIĞORTA
Sözün izahı

Əmlakın eyni risklərdən iki və ya daha çox sığortaçıda sığorta müqavilələri bağlandığı andakı həqiqi dəyərindən, yənisığorta dəyərindən artıq məbləğdə sığortalanması. Bu zaman sığorta hadisəsinin baş verdiyi halda sığortaçılardan hər biri onunla bağlanmış sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta məbləğinə mütənasib qaydada öhdəlik daşıyır.

Misal:

Şəxsin mənzilinin dəyəri 200.000 manatdır və o, həmin mənzili iki sığortaçıda ayrı-ayrı müqavilələrlə sığorta etdirmişdir: “A” sığortaçıda 200.000 manat, “B” sığortaçıda qismən sığorta olaraq 50.000 manat sığorta məbləğində. Beləliklə mənzil ümumilikdə 250.000 manat məbləğində sığortalanmışdır və bu da onun müqavilə bağlandığı andakı həqiqi dəyərindən 50.000 manat artıqdır. Bu cür hala ikili və ya çoxqat sığorta deyilir. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən subasma nəticəsində mənzilə 50.000 manat dəyərində zərər dəyir. Belə olan halda əmlaka dəymiş zərərdən artıq sığorta ödənişinin verilməməsi prinsipi əsasında hər bir sığortaçı ümumi sığorta məbləğindəki (250.000 manat) payına mütənasib olan faiz nisbətlərində zərərin əvəzini ödəyir: “A” sığortaçının sığorta müqaviləsindəki sığorta məbləği (200.000 manat) ümumi sığorta məbləğinin (250.000 manatın) 80 %-ini təşkil etdiyi üçün o, zərərin (50.000 manatın) 80 %-i, yəni 40.000 manatını ödəyəcək. “B” sığortaçı da eyni yanaşma ilə zərərin 20%-i, yəni 10.000 manat ödəyəcək, çünki onun ümumi sığorta müqaviləsindəki payı (50.000 manat) ümumi sığorta məbləğinin (250.000 manatın) 20 %-i təşkil edir. Məhkəmədə sığortalının bu müqavilələri qanunsuz gəlir əldə etmək məqsədilə bağlamasının sübut edilməsi halında isə hər iki müqavilə bağlandığı andan etibarsız sayılacaq və hər hansı zərərə görə ödəniş verilməyəcəkdir.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 895:

895.1. Əmlakın sığortasında sığorta məbləği həmin əmlakın sığorta müqaviləsi bağlandığı andakı həqiqi dəyərindən - sığorta dəyərindən çox olduğu halda (ikili və ya çoxqat sığorta halında), həmin müqavilə sığorta məbləğinin sığorta dəyərindən artıq olan hissəsində etibarsızdır.

895.2. Əmlak sığortalı tərəfindən qanunsuz gəlir əldə etmək məqsədilə bir və ya bir neçə sığorta müqaviləsi əsasında onun həqiqi dəyərindən artıq məbləğə sığorta etdirildikdə, bu məqsədlə bağlanmış hər bir sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır. Bu halda sığortalının qanunsuz gəlir əldə etmək məqsədi məhkəmə qaydasında sübut edilməlidir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2010-cu il 23 noyabr tarixli “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə” Sığorta Qaydaları”, bənd 30:

30.2. Avtomobilin sığortası üzrə sığorta məbləği sığortalanan avtomobilin bazar dəyərindən artıq olduğu halda (ikili və ya çoxqat sığorta halında), sığorta müqaviləsi müvafiq sığorta məbləğinin həmin dəyərdən artıq olan hissəsində etibarsızdır.

30.3. Avtomobil sığortalı tərəfindən qanunsuz gəlir əldə etmək məqsədilə bir və ya bir neçə sığorta müqaviləsi əsasında onun bazar dəyərindən artıq məbləğə sığorta etdirildikdə, bu məqsədlə bağlanmış hər bir sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır. Bu halda sığortalının qanunsuz gəlir əldə etmək məqsədi məhkəmə qaydasında sübut edilməlidir.

Beynəlxalq təcrübədən nümunə

Con Bauver. ABŞ-ın Konstitusiyasına və Qanunlarına Uyğunlaşdırılmış Hüquq Lüğəti – 1856-cı il:

İkiqat sığorta (eng.-double insurance) (və ya ikili sığorta (eng.-dual insurance)) müqavilələri – sığortalının eyni riski və eyni maraqları iki sığorta müqaviləsi ilə sığorta etdirdiyi hal…İki sığorta müqaviləsi bir sığortanı təmin edir… Lakin sığortalıya ikiqat təminat almaq qadağandır. O hər iki müqavilə üzrə sığortaçılara qarşı tələb irəli sürə bilər, ancaq zərərin həqiqi məbləğində təzminat alacaq; sığortaçılar təminat verdikləri risk məbləğlərinə mütənasib olan sığorta ödənişlərini həyata keçirəcəklər.

Böyük Britaniyanın Dəniz risklərinin sığortası haqqında 1906-cı il Aktı, maddə 32:

Eyni risk və maraq üzrə və ya onların hər hansı bir hissəsi üzrə bir sığortalının xeyrinə iki və ya daha çox sığorta müqaviləsinin qüvvədə olması və sığorta məbləğlərinin cəminin bu Aktla yol verilən ödəniş həddindən artıq olması halında sığortalı ikili sığorta ilə qədərindən artıq sığortalanmış hesab edilir.

Rusiya Federasiyasının Mülki Məcəlləsi, II Hissə - 1996-cı il, maddə 951:

Əmlakın və ya sahibkarlıq risklərinin sığortası müqaviləsində nəzərdə tutulmuş sığorta məbləği sığorta dəyərini aşarsa, müqavilə sığorta məbləğinin sığorta dəyərini aşan hissəsinə münasibətdə etibarsızdır.

Bolqarıstan Respublikasının Sığorta Məcəlləsi - 2005-ci il, maddə 204 (1):

Razılaşdırılmış sığorta məbləğinin müvafiq olaraq sığortalanmış əmlakın həqiqi və ya bərpa dəyərindən artıq olduğu halda, sığorta müqaviləsi qüvvədə qalır və sığorta məbləği müvafiq olaraq əmlakın həqiqi və ya bərpa dəyərinə uyğun olaraq azaldılır.

A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z  
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (326)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (315)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (271)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (350)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.