az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Lüğət
A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
HƏYAT SIĞORTASI
Sözün izahı

Sığorta olunanın ölümü, xəstəliyi və ya əmək qabiliyyətini itirməsi ilə bağlı sığorta ödənişinin birdəfəlik və ya dövri ödənişlər formasında ödənilməsini nəzərdə tutan sığorta növlərini əhatə edən sığorta sahəsi.

Əlavə izahat:

Sığorta sığortaçının fəaliyyəti baxımından 2 sahəyə bölünür: 1) Həyat sığortası sahəsi; 2) Qeyri-həyat sığortası sahəsi (qeyri-həyat sığortasına ümumi sığorta sahəsi də deyilir). Həyat sığorta sahəsində fəaliyyət göstərən sığortaçı ümumi sığorta sahəsinə dair müqavilələr bağlaya bilməz və ya əksinə. Həyat sığortası sahəsinə yalnız şəxsi sığortanın bəzi sinifləri – həyatın ölüm halından sığortası, yaşam sığortası, annuitet sığortası, əmək qabiliyyətinin itirilməsi hallarından sığorta, sağalmaz xəstəliklərdən sığorta daxildir. Lakin heç də bütün şəxsi sığorta sinifləri həyat sığortası sahəsinə aid edilmir. Məsələn, tibbi sığorta və fərdi qəza sığortası qeyri-həyat sığortasına aiddir.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının Mülki Məcəlləsi,maddə 885.1:

Sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyri-həyat sığortası (ümumi sığorta) sahələrinə...bölünür.

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu,

maddə 14:

Həyat sığortası sığorta obyektinə görə şəxsi sığortaya aid olan aşağıdakı sığorta siniflərini özündə birləşdirir:

14.2.1. sığortalı və ya sığorta olunan öldükdə sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın ölüm halından sığortası;

14.2.2. sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta olunanın öldüyü, yaxud sığorta müqaviləsində müəyyən edilmiş yaşa, müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan həyatın yaşam sığortası;

14.2.3. sığorta olunanın müəyyən yaşa çatması, yaşı, əlilliyi, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ya xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini itirməsi, ailə başçısını itirməsi, işsiz qalması və şəxsi gəlirlərinin azalmasına, yaxud itirilməsinə səbəb olan digər hallarda pensiya, yaxud renta şəklində dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan annuitet sığortası;

14.2.4. sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirdiyi halda, onun itirilmiş gəlirinin əvəzini ödəmək məqsədi ilə vaxtaşırı sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutan əmək qabiliyyətinin sığortası;

14.2.5. sığorta olunanın səhhətində onun həyatını təhlükə altına qoyan xəstəlik müəyyən edildikdə sığorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutan sağalmaz xəstəliklərdən sığorta.

Beynəlxalq təcrübədən nümunə

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Sığorta Komitəsi Katibliyi: “İnkişaf etməkdə olan ölkələrdə Sığorta və Özəl Pensiya üzrə İcmal”, 1-ci Kitab (1999), səh.29:

Həyat sığortası (eng.- life insurance)dar mənada, sığorta olunanın ölümü əsasında ödəniş verilən sığorta forması. Geniş mənada, sığorta olunanın sağlamlığı ilə bağlı ödəniş verilən sığortanın istənilən formasına şamil edilir. Bu mənada həyat sığortası sahəsi şəxsin ölümü, müəyyən müddətə yaşaması, əmək qabiliyyətini itirməsi və zədələnməsi və ya sağlamlığının pozulması hallarında sığortadan faydalanmanı əhatə edir.

Avropa İttifaqının “Birbaşa həyat sığortası fəaliyyətinin təşkilivə həyata keçirilməsinə münasibətdə qanunverici, normativ və inzibati aktların əlaqələndirilməsi haqqında 1979-cu il, 05 mart tarixli 79/267/EEC nömrəli Birinci Direktivi, maddə 1:

Müqavilə əsasında həyata keçirilməsi şərti ilə aşağıdakı siğorta növləri (həyat sığortasına aid edilir):

a) həyat sığortası, о cümlədən, müəyyən yaşa çatma halından sığorta, ölüm halından sığorta, müəyyən yaşa çatma və ya erkən ölüm halından sığorta, sığorta haqqının qaytarılması ilə həyat sığortası, nikah sığortası, doğum sığortası;

b) annuitetlər;

c) həyat sığortası təşkilatları tərəfindən həyata keçirilən əlavə sığorta növləri, o cümlədən bədənin əmək qabiliyyətinin itirilməsinə səbəb оlan zədələnməsi halından sığorta, bədbəxt hadisə nəticəsində ölüm halından sığorta, bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin itirilməsindən sığorta (əgər bu cür risklər həyat sığortasına əlavə olaraq qəbul edilirsə);

d) Böyük Britaniyada və Irlandiyada mövcud оlan, müddətsiz bağlanan və ləğv edilməyən tibbi sığorta növü.

A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (304)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (333)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (84)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (235)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (282)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (286)
+ Tikinti və landşaft (546)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (355)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (132)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.