az / ru
 
     
 
Ana səhifə > Praktikum > Lüğət
A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
AKTUARI
Sözün izahı

Sığorta müqavilələri ilə əlaqəli statistik maliyyə göstəriciləri əsasında iqtisadi-riyazi metodlarla sığorta tariflərini və sığorta ehtiyatlarını hesablayan riyaziyyatçı.

Misal:
Sığortaçının işçilərindən biri riyaziyyatçı kimi tanınır. Lakin o, riyazi məsələlərlə yanaşı, digər sahələrdən də xəbərdardır (məsələn, iqtisadi proqnozlar verilməsi üçün istifadə olunan məlumatlar sahəsi). Buna nail olmaq üçün o, riyaziyyat üzrə ali təhsillə yanaşı, müvafiq aktuar kurslarında keçirilmiş mühazirələri də əla mənimsəmişdir. Onun sığorta şirkətindəki funksiyalarına bir çox əməliyyatlar üzrə iqtisadi-riyazi hesablamalar daxildir. Məsələn, o, əhalinin ölüm statistikasını təhlil edərək ölüm cədvəlini əsas götürür, həyatı sığorta olunan şəxsin yaşına, cinsinə və digər hallara əsaslanaraq sığorta tarifini hesablayır və bu sığorta tarifi həmin şəxslə bağlı həyat sığortası müqaviləsinə tətbiq olunur. Müvafiq statistikanın təhlil olunması ilə sığorta tarifini, sığorta məbləğini, zərərliliklə bağlı göstəriciləri və s. hesablayan şəxs aktuari adlanır.

 

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu,

maddə 1.1.25: aktuari – qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis.

maddə 37.1:Sığortaçının Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri, daxili audit xidmətinin rəhbəri, baş mühasibi və aktuarisi sığortaçının rəhbər işçiləridir.

Beynəlxalq təcrübədən nümunə

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh.5:

Aktuari (eng.-actuary )– əvvəlcədən görünməyən halların maliyyə göstəricilərinin qiymətləndirilməsi üzrə peşəkar təhsil almış şəxs.

İordaniya Krallığının “Sığorta tənzimlənməsi Aktı” -1999-cu il, maddə 2:

Aktuari – bu Aktın müddəalarına uyğun olaraq sığorta müqavilələrinin və onlarla əlaqəli hesabların qiymətləndirilməsi üçün (sığorta nəzarəti)Komissiya(sı)tərəfindən lisenziyalaşdırılmış şəxs.

Qazaxıstan Respublikasının 2000-ci il 18 dekabr tarixli “Sığorta fəaliyyəti haqqında” Qanunu, maddə 19, bənd 1:

Aktuari (рус..-актуарий)–qismində səlahiyyətli orqan tərəfindən verilmiş lisenziyaya malik olan fiziki şəxs çıxış edə bilər.

A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (297)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (136)
+ Geyim (310)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (340)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (318)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (161)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (209)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (225)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (211)
+ Restoranlar (179)
+ Stomatologiya (93)
+ Sənaye (270)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (525)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (328)
+ Təhlükəsizlik və mühafizə (110)
+ Təmir xidmətləri (91)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (261)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (148)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.