az / ru
 
     
 
Ana səhifə > Praktikum > Lüğət
A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
FAYDALANAN ŞƏXS
Sözün izahı

Sığorta hadisəsi baş verdikdə sığorta ödənişini almaq hüququ olan şəxs.

Misal:

Şəxs həyatın ölüm halından sığorta müqaviləsi bağlayır və həmin müqavilədə ölüm halı üzrə 100.000 manat sığorta məbləği razılaşdırılır. Sığorta müqaviləsində sığorta hadisəsinin baş verəcəyi, yəni şəxsin öləcəyi halda sığorta ödənişinin oğluna çatması müəyyən edilir. Bu zaman oğul faydalanan şəxs hesab edilir. Burada faydalanma dedikdə, atasının ölümündən deyil, məhz hüquqi mənada sığorta müqaviləsindən faydalanma nəzərdə tutulur. Başqa bir halda, avtomobil sahibi həmin avtomobillə başqa şəxslərə vuracağı zərərə görə mülki məsuliyyətini sığorta etdirir. Sığorta hadisəsinin baş verdiyi halda ödəniş alan, lakin müqavilədə əvvəlcədən göstərilməsi mümkün olmayan həmin başqa şəxs (qanunvericilikdə buna “III şəxs” deyilir, məsələn, sığorta müqaviləsi bağlandıqdan sonra sığorta olunan sahibinin mülki məsuliyyəti sığortalanmış avtomobillə yoldan keçən bir şəxsi vurursa, zərərçəkən həmin şəxs III şəxs sayılır ki, onu əvvəlcədən müqavilədə göstərmək mümkün deyil) və ya onun vərəsəsi sığorta ödənişini almaq hüququ olduğu üçün faydalanan şəxs sayılır.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu,maddə 1.1.6:

İcbari sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs.

AzərbaycanRespublikasının Mülki Məcəlləsi,

maddə 884.5 :Faydalanan şəxs icbari sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır.

maddə 909.1:Sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək sığortaçının və həmin şəxsin razılığı ilə onu dəyişdirmək hüququna malikdir.

maddə 909.2: Girov qoyulan əmlakın sığortası müqaviləsində girov saxlayan yalnız sığorta ödənişinin verilməsi anında borclunun (girov qoyanın) ona olan borc məbləği həddində ödəniş almaq hüququna malik olan faydalanan şəxs kimi tanına bilər. Zərərin borc məbləğindən artıq olan hissəsinə münasibətdə girov qoyan (borclu) faydalanan şəxs qismində tanınmalıdır.

maddə 909.3:Öz həyatını sığorta etdirən fiziki şəxs müvafiq sığorta müqaviləsində istənilən şəxsi faydalanan şəxs qismində təyin edə bilər.

Beynəlxalq təcrübədən nümunə

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 11:

Faydalanan şəxs (eng.-beneficiary)– xeyrinə müqavilə bağlanan şəxs; sığorta müqaviləsi üzrə ödəniş verilməli olan şəxs.

İordaniya Krallığının “Sığorta tənzimlənməsi Aktı” -1999-cu il, maddə 2, on dördüncü abzas:

Faydalanan şəxs – sığorta müqaviləsinin bağlanması ilə hüquqlar əldə edən və ya belə hüquqların sonradan qanuni olaraq ötürüldüyü şəxs.

Latviya Respublikasının 1998-ci il 30 iyun tarixli “Sığorta müqaviləsi haqqında” Qanunu, maddə 1 (18):

Faydalanan şəxs – şəxsi sığortada sığorta müqaviləsinə uyğun olaraq, sığorta ödənişinin ödənilməli olduğu şəxs.

Rusiya Federasiyasının Mülki Məcəlləsi, II Hissə - 1996-cı il, maddə 931, bənd 3:

Faydalanan şəxs (рус.-выгодоприобретатель) – Zərər vurmağa görə məsuliyyət riskinin sığortası müqaviləsi zərərə məruz qala bilən şəxsin (faydalanan şəxsin) xeyrinə bağlanmış hesab edilir.

Almaniya Federativ Respublikasının Sığorta müqaviləsi Aktı - 2008-ci il, maddə 160:

Payları müəyyən edilmədən bir neçə şəxsin faydalanan şəxs kimi təyin edildiyi halda, onlar (sığorta ödənişindən)bərabər pay hüququna malikdirlər. Hər hansı faydalanan şəxsin almadığı pay digər faydalanan şəxslərə verilir.

A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (223)
+ Avtomobillər (298)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (137)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (345)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (320)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (173)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (529)
+ Tikinti, tədarük (247)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (334)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (267)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.