az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Lüğət
A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
ƏLAVƏ ÖDƏNIŞ
Sözün izahı

Şəxsi sığortaya aid sığorta müqavilələrində sığorta olunanın sağlamlığına zərər dəyməsi ilə əlaqədar onun müvafiq yardım növlərinə ehtiyacı olduğu və bu cür yardımları pulsuz almaq hüququna malik olmadığı halda müalicəsi, əlavə qidalanması, dərman vasitələrinin alınması, prоtezləşdirmə, kənar qulluqla təmin edilməsi, sanatоriya-kurоrt müalicəsi, xüsusi nəqliyyat vasitələrinin əldə edilməsi, başqa peşəyə hazırlığı ilə əlaqədar tələb olunan əlavə xərcləri, əmlak sığortasına aid müqavilələrdə isə sığortalının (sığorta olunanın) zərərin qarşısının alınması və ya azaldılması məqsədilə çəkdiyi əlavə xərclər.

Misal: Şəxs həyat sığortası üzrə əmək qabiliyyətinin itirilməsi hallarından 10.000 manat dəyərində sığorta olunmuşdur. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində o, xəsarət alaraq II qrup əlil statusu almışdır və sığorta müqaviləsinin şərtlərinə görə ona 6.000 manat sığorta ödənişi verilmişdir. Bundan sonra onun xüsusi əlil arabasından istifadə etmək zərurəti yaranır və bu arabanın əldə edilməsi üçün 700 manat pul lazım olur. Sığorta müqaviləsində belə hallarda əlavə ödənişin həyata keçirilməsi nəzərdə tutulduğu hallarda sığortaçı tələb olunan 700 manatı da şəxsə ödəyir. 6.000 manat sığorta ödənişindən başqa sığortaçının ödədiyi həmin 700 manat əlavə ödəniş adlanır.
 

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli Qanunu,

maddə 16.4:

Əlavə sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzinin ödənilməsinə görə verilən pul təzminatıdır.
 

Beynəlxalq təcrübədən nümunə

Rusiya Federasiyasının Mülki Məcəlləsi, II Hissə - 1996-cı il, maddə 1085, 1-ci bənd:

(Vətəndaşın əlil olduğu və ya sağlamlığına başqa cür zərər vurulduğu halda onun itirdiyi qazancı ilə yanaşı) sağlamlığa zərər dəyməsi ilə əlaqədar zərərçəkənin müvafiq yardım növlərinə ehtiyacı olduğu və bu cür yardımları pulsuz almaq hüququna malik olmadığı halda müalicəsi, əlavə qidalanması, dərman vasitələrinin alınması, prоtezləşdirmə, kənar qulluqla təmin edilməsi, sanatоriya-kurоrt müalicəsi, xüsusi nəqliyyat vasitələrinin əldə edilməsi, başqa peşəyə hazırlığı ilə əlaqədar çəkilən əlavə xərclər (рус.-дополнительно понесенные расходы) (də ödənilməlidir.)

A-dan Z-yə terminlər
 
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (236)
+ Avtomobillər (326)
+ Ayaqqabı və aksesuarlar (156)
+ Banklar və sığorta (128)
+ Daşınmaz əmlak (269)
+ Ev və ofis üçün mallar (142)
+ Geyim (323)
+ Gözəllik və sağlamlıq (313)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (237)
+ Hüquq xidmətləri (376)
+ İdman (116)
+ İnformasiya texnologiyaları (271)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (350)
+ İstirahət və əyləncə (248)
+ Kafe və barlar (228)
+ Kompüter texnikası (217)
+ Kurslar və Təlimlər (186)
+ Kənd təsərrüfatı (97)
+ Mağazalar (217)
+ Mebel və interyer (299)
+ Mətbuat (171)
+ Neft və qaz (92)
+ Nəqliyyat və logistika (275)
+ Özəl tibb müəssisələri (179)
+ Özəl təhsil (176)
+ Poliqrafiya (233)
+ Reklam və ictimai əlaqələr (250)
+ Restoranlar (188)
+ Stomatologiya (93)
+ Sənaye (297)
+ Telekommunikasiya (92)
+ Tikinti avadanlığı (316)
+ Tikinti və landşaft (585)
+ Tikinti, tədarük (266)
+ Topdansatış ticarəti (142)
+ Turizm və istirahət (395)
+ Təhlükəsizlik və mühafizə (136)
+ Təmir xidmətləri (108)
+ Uşaq və analar üçün mallar (78)
+ Veb saytlar (125)
+ Xidmətlər (295)
+ Xüsusi avadanlıq (178)
+ Yeməklərin hazırlanması (153)
+ Ərzaq məhsulları (133)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.