az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Lüğət

Lüğət

 
A-dan Z-yə terminlər (123)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z  
A-dan Z-yə sıralamaq Z-dən A-ya sıralamaq
  Termin İzahı
Sığorta təminatı Müəyyən risklərə qarşı sığorta müqaviləsi ilə verilən maliyyə müdafiəsinin həcmi.
Sığorta vasitəçisi Sığorta və ya təkrarsığorta müqavilələrinin bağlanmasında, yenilənməsində və ya davam etdirilməsində həmin müqavilənin tərəflərindən birini təmsil etməklə müvafiq lisenziya əsasında ona vasitəçilik xidməti göstərən şəxs.
Sığorta əməliyyatları Sığorta və ya təkrarsığorta müqavilələrinin bağlanmasına və yerinə yetirilməsinə yönəldilən əməliyyatlar, o cümlədən sığorta və sığorta vasitəçiliyi xidmətlərinin, habelə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən sığorta və ya təkrarsığorta risklərinin və zərərlərin qiymətləndirilməsi, sığorta hadisələrinin araşdırılması, zərərlərin tənzimlənməsi ilə bağlı xidmətlərin göstərilməsi ilə əlaqədar həyata keçirilən əməliyyatlar.
Sığortaçı Müəyyən yurisdiksiyada sığorta fəaliyyətini həyata keçirmək üçün qanunla nəzərdə tutulmuş qaydada səlahiyyətləndirilmiş, sığorta müqaviləsində nəzərdə tutulan hallarda və qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan hüquqi şəxs.
Sığortalı Müəyyən sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan və müvafiq sığorta müqaviləsinin tərəfi olan fəaliyyət qabiliyyətli və hüquq qabiliyyətli şəxs.
Sığortalilarin müdafiə (zəmanət) fondu Sığortaçılar ödəmə qabiliyyətlərinin olmamasına görə sığorta müqavilələri üzrə öhdəliklərini yerinə yetirmək iqtidarında olmadıqda belə öhdəliklərin, həmçinin qanunvericilikdə nəzərdə tutulmuşdursa, sığortalanmamış risklər üzrə və ya naməlum şəxslər tərəfindən vurulan zərərlərin əvəzinin müəyyən olunmuş həddə ödənilməsini təmin edən mexanizm.
Subroqasiya Sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan səxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının sığortaçıya keçməsi.
Şərikli sığorta Riskin iki və ya daha çox sığortaçı arasında onların hər birinin hüquq və vəzifələrini ehtiva edən eyni müqavilə əsasında sığortalanması.
Şəxsi tutum Sığorta riskinin sığortaçının təkrarsığorta etdirmədiyi və yalnız öz üzərinə götürdüyü hissəsi.
Tam məhv olma Sığortalanmış əmlakın elə zədələnməsidir ki, köhnəlmə əmsalı nəzərə alınmaqla bərpa üçün tələb olunan xərclərin məbləği həmin əmlakın həqiqi dəyərindən artıq olur.
Tibbi sığorta Xəstəlik və ya xəsarət nəticəsində zəruri olan tibbi müayinə, müalicə və bunlarla əlaqədar digər müvafiq xərclərə görə təminatı nəzərdə tutan sığorta.
Titul sığortasi Digər şəxslərin hər hansı bir əmlaka mülkiyyət hüququnun mübahisələndirilməsi ilə əlaqədar qaldırdıqları iddiaları əsasında həmin əmlaka mülkiyyət hüququnun itirilməsi riskindən sığorta.
Təkaful Şəriət (İslam hüququ) əsasında həyata keçirilən, iştirakçıların qarşılıqlı kömək və könüllü yardım etmə prinsiplərinə əsaslanan, İslam dinində qadağan olunan əqdləri və əməliyyatları istisna edən, riskin, zərərin və gəlirin tərəflər arasında bölüşdürüldüyü sığorta mexanizmi.
Təkrarsığorta Sığortaçının sığortaladığı riskləri müqavilə əsasında tam və ya qismən digər sığortaçı (təkrarsığortaçı) ilə bölüşdürməsi və ya ona ötürməsi.
Təkrarsığorta müqaviləsi Sığortaçı (təkrarsığortalı) və təkrarsığortaçı arasında bağlanan və sığorta risklərinin müəyyən hissəsinin və ya bütövlükdə təkrarsığortaçıya ötürülməsini və ya onunla bölüşdürülməsini müəyyən edən yazılı razılaşma.
<<  1              6      >> 
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (304)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (212)
+ Hüquq xidmətləri (352)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (333)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (84)
+ Mağazalar (214)
+ Mebel və interyer (278)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (235)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (215)
+ Reklam və ictimai əlaqələr (221)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (282)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (286)
+ Tikinti və landşaft (546)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (357)
+ Təhlükəsizlik və mühafizə (115)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (113)
+ Xidmətlər (275)
+ Xüsusi avadanlıq (170)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (132)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.