az / ru
 
     
 
Ana səhifə > Praktikum > Lüğət

Lüğət

 
A-dan Z-yə terminlər (123)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z  
A-dan Z-yə sıralamaq Z-dən A-ya sıralamaq
  Termin İzahı
Siğorta müqaviləsinin qüvvəyə minməsi Qanunvericilikdə ayrı hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi özündə nəzərdə tutulduğu andan qüvvəyə minir.
Siğorta müqaviləsinin yeni müddətə bağlanmasi Eyni sığorta obyekti ilə bağlı əvvəl bağlanmış sığorta müqaviləsinin qüvvədən düşdüyü günün ertəsi qüvvəyə minən, eyni sığorta obyekti ilə bağlı eyni sığortaçı ilə yeni sığorta müqaviləsinin bağlanılması.
Siğorta müqaviləsinə vaxtindan əvvəl xitam vermə Sığorta müqaviləsinin həmin müqavilədə konkret olaraq göstərilmiş başa çatma tarixindən əvvəlki hər hansı tarixdə tərəflərin hər hansı birinin təşəbbüsü ilə və ya qanunvericilikdə müəyyən edilmiş digər əsaslarla qüvvədən salınması.
Sığorta məbləği Sığortaçının sığorta müqaviləsi üzrə öhdəliyinin həmin müqavilədə razılaşdırılmış son həddi.
Sığorta növü Sığortaçı tərəfindən sığorta sinfi və ya sinifləri əsasında müəyyən sığorta qaydalarının hazırlanması yolu ilə müştərilərə təklif olunan sığorta məhsulu.
Sığorta obyekti Sığortalının və ya sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi və ya onun həyatı, sağlamlığı, əmək qabiliyyəti və ya pensiya təminatı ilə bağlı maraqları.
Siğorta ödənişinin verilməsindən imtina Sığortaçının qanunvericilikdə və qanunvericiliyə zidd olmaması şərtilə sığorta müqaviləsində nəzərdə tutulmuş əsaslarla sığorta ödənişini verməkdən imtina etməsi.
Sığorta olunan Sığorta müqaviləsi üzrə sığorta təminatı verilən və ya maraqları sığorta müqaviləsi əsasında qorunan fiziki şəxs.
Sığorta predmeti Sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu, şəxsi sığorta üzrə fiziki şəxs; əmlakın sığortası üzrə hər hansı əmlak; mülki məsuliyyətin sığortası üzrə mülki məsuliyyətin yaranması halı.
Sığorta qaydaları Sığortaçı, habelə sığortaçının üzvü olduğu və ya ona nəzarət edən qurum tərəfindən müəyyən sığorta növü üzrə hazırlanan, sığorta müqavilələrinin standart şərtlərini əks etdirən sənəd.
Sığorta sinifi Sığorta fəaliyyətinin ayrı-ayrı sığorta növləri üzrə aparılmasının dövlət tənzimlənməsinin səmərəli həyata keçirilməsi üçün konkret predmetlərə aid ümumi xarakterli risklərin birləşdirilməsindən əmələ gələn sığorta təminatı qrupu.
Sığorta sirri Sığorta münasibətlərinin peşəkar iştirakçılarının sığorta əməliyyatlarının həyata keçirilməsi prosesində əldə etdikləri, sığorta müqaviləsinin təfərrüatlarına dair, habelə sığorta müqaviləsinin aid olduğu müəyyən şəxslərlə bağlı qanunla nəzərdə tutulan, yayılmasına qanunla müəyyən edilmiş qaydada məhdudiyyət qoyulan məlumatlar.
Sığorta şəhadətnaməsi Sığorta müqaviləsində nəzərdə tutulmuş şərtlər əsasında sığorta təminatının mövcudluğu faktını təsdiq edən, sığorta olunana verilməsi üçün sığortaçının birtərəfli qaydada imzaladığı sənəd.
Sığorta tarifi Sığorta haqqının hesablanması üçün sığorta predmetinin və sığorta riskinin xarakteri nəzərə alınmaqla sığorta məbləği vahidinə tətbiq edilən müvafiq dərəcə.
Sığorta tələbi Sığortalının sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığortaçıdan sığorta ödənişini həyata keçirməsi barədə tələbini ifadə edən müraciəti.
<<  1           5         >> 
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (213)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (534)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.