az / ru
 
     
 
Ana səhifə > Konsaltinq > Lüğət

Lüğət

 
A-dan Z-yə terminlər (123)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z  
A-dan Z-yə sıralamaq Z-dən A-ya sıralamaq
  Termin İzahı
Retrosessiya Təkrarsığortaçının təkrarsığorta müqaviləsi üzrə qəbul etdiyi riskin başqa bir təkrarsığortaçıda təkrarsığorta etdirdiyi (başqa bir təkrarsığortaçıya ötürdüyü) hissəsi.
Retəkaful Şəriət (İslam hüququ) prinsipləri əsasında həyata keçirilən təkrarsığorta.
Risk (sığorta riski) Baş verəcəyi təqdirdə sığorta obyekti ilə bağlı itkilərə səbəb ola bilən, ehtimalla gözlənilən hadisə və ya hal.
Riyazi ehtiyatlar Həyat və pensiya sığortası üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə sığortaçı tərəfindən formalaşdırılan, vəsaitlərin aktuar metodlar əsasında hesablanan miqdarı.
Sessiya Sığortaçının sığorta müqaviləsi üzrə qəbul etdiyi riskin təkrarsığorta etdirdiyi (təkrarsığortaya ötürdüyü) hissəsi.
Sığorta Müqavilə əsasında riskin ötürülməsinə və bölüşdürülməsinə əsaslanan mexanizm.
Sığorta dəyəri Sığorta müqaviləsinin bağlandığı günə sığortalanan əmlakın həqiqi dəyəri – 1) əmlakın sığorta müqaviləsinin tərəflərinin razılığı ilə müəyyən edilən, zədələnmiş və ya məhv olmuş əmlakın bərpa edilməsi dəyəri (bərpa dəyəri); və ya 2) eyni növdə, cinsdə, vəziyyətdə və keyfiyyətdə olan əmlakın əldə edilməsi dəyəri (bazar dəyəri); 3) yaxud həmin əmlakın balans üzrə qalıq dəyəri.
Sığorta ehtiyatı Sığorta ödənişlərini həyata keçirmək üçün sığortaçının öhdəliklərinin təminatı kimi formalaşdırdığı pul vəsaitlərinin hesablanmış miqdarı.
Sığorta hadisəsi Sığorta müqaviləsində nəzərdə tutulan, sığorta ödənişini həyata keçirmək vəzifəsi yaradan hal və ya hadisə.
Sığorta haqqı Sığorta təminatının əldə edilməsi üçün sığortalının sığorta müqaviləsində nəzərdə tutulan məbləğdə və qaydada sığortaçıya ödədiyi məbləğ.
Sığorta haqqının hissə-hissə ödənilməsi Sığorta haqqının hissələrə bölünərək sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə ilə müəyyən edilmiş tarixlərdə ödənilməsi.
Sığorta haqqının qaytarılması Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta haqqının müvafiq hissəsinin sığortalıya qaytarılması.
Sığorta marağı

Sığorta təminatının mövcudluğu üçün əsas olan, sığortalının sığorta obyekti ilə bağlı qanunvericilik və ya müqavilə ilə tanınan və sığorta hadisəsinin baş verdiyi təqdirdə onun maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən marağı.

Sığorta müddəti Qanunvericiliyə və ya sığorta müqaviləsinə uyğun olaraq, sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən onun qüvvədən düşdüyü anadək olan müddət.
Sığorta müqaviləsi Sığortaçının sığorta haqqı müqabilində sığortalıdan müəyyən riskləri qəbul etmək və ya belə riskləri onunla bölüşmək razılığının ifadə edildiyi yazılı razılaşma.
<<  1        4            >> 
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (248)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (330)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (167)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (214)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (174)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (219)
+ Restoranlar (184)
+ Stomatologiya (93)
+ Sənaye (279)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (282)
+ Tikinti və landşaft (543)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (345)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (272)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (150)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.