az / ru
 
     
 
Ana səhifə > Praktikum > Lüğət

Lüğət

 
A-dan Z-yə terminlər (123)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z  
A-dan Z-yə sıralamaq Z-dən A-ya sıralamaq
  Termin İzahı
İcbari sığorta Dövlətin sosial siyasəti baxımından əhəmiyyətli hesab edilən sahələrdə insanlara dəyə biləcək maddi və fiziki zərərlərlə bağlı maliyyə risklərinin azaldılması məqsədilə müəyyən risklərin sığorta etdirilməsinin qanunla tələb olunduğu, əsas qayda və şərtlərinin qanunvericiliklə müəyyən edildiyi sığorta.
İddia müddəti Sığorta müqaviləsinə əsasən sığortaçının sığorta ödənişini həyata keçirmək vəzifəsinin yarandığı andan sığortalının həmin ödənişin həyata keçirilməsini tələb etmək hüququnun son tarixinədək olan müddət.
İkili (çoxqat) sığorta Əmlakın eyni risklərdən iki və ya daha çox sığortaçıda sığorta müqavilələri bağlandığı andakı həqiqi dəyərindən, yənisığorta dəyərindən artıq məbləğdə sığortalanması. Bu zaman sığorta hadisəsinin baş verdiyi halda sığortaçılardan hər biri onunla bağlanmış sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta məbləğinə mütənasib qaydada öhdəlik daşıyır.
İpoteka sığortası İpoteka qoyanın (borclunun) ipoteka saxlayan (kreditor) qarşısındakı ipoteka müqaviləsində nəzərdə tutulan borc öhdəliklərini tam və ya qismən yerinə yetirə bilməməsi halında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta.
Konversiya Alışı və ya tələb olunan hərəkəti (anketin doldurulması, qeydiyyat və s.) həyata keçirmiş istifadəçilərin sayının sayta daxil olan istifadəçilərin ümumi sayına nisbətidir. Konversiya faizlə ölçülür.
Lisenziya Qanunvericiliklə müəyyən edilmiş hallarda sığorta sektorunda peşəkar fəaliyyətin həyata keçirilməsinə rəsmi icazə verən səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənəd.
Marka Bələdçisi Marka Bələdçisi (Brandbook) — markanın mahiyyətinin və dəyərlərinin, şirkətin özünüeyniləşdirməsinin, həmçinin onların işçilər və istehlakçılar üçün işarələnməsinin forma və üsullarının rəsmi təsviridir.
Marketinq əlaqələrinin birləşmələri Marketinq əlaqələrinin planlaşdırma konsepsiyasıdır, burada müxtəlif əlaqə fənlərinin: geniş kütlə üçün reklam, birbaşa marketinq, satışın və ictimaiyyətlə əlaqələrin dəstəklənməsinin və bu fənlərin birləşməsinin strateji rolları qiymətləndirilən detallı plana üstünlük verir və beləliklə istehlakçıya aydın, ardıcıl və maksimum əlaqə təsirini göstərir.
Mikrosığorta Ümumqəbuledilmiş sığorta təcrübəsinə uyğun olaraq əhalinin az gəlirli təbəqəsi üçün sığortalana bilən risklər üzrə təklif olunan, cüzi sığorta haqqı müqabilində adi sığortaya nisbətən daha az məbləğdə sığorta təminatını nəzərdə tutan və lisenziyalaşdırılmış şəxslər tərəfindən həyata keçirilən sığorta mexanizmi.
Müqavilə ili Bir il və ya daha çox müddətə bağlanmış sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən etibarən keçən hər 12 ay ərzindəki müddət.
Müqavilələrin (portfelin) ötürülməsi Sığortaçının (təkrarsığortaçının) könüllü olaraq və ya sığorta nəzarəti orqanının göstərişi ilə müəyyən sığorta növü və ya növləri üzrə bağladığı müqavilələrin, yaxud bütün sığorta portfelinin müqavilələrin başa çatmamış müddətinə mütənasib olan sığorta ehtiyatlarını təmin edən vəsaitlərlə birlikdə digər sığortaçıya və ya təkrarsığortaçıya ötürməsi.
Mütənasib təkrarsığorta Sığorta hadisəsi üzrə zərərlərin təkrarsığortalı və təkrarsığortaçı arasında bağlanmış təkrarsığorta müqaviləsində nəzərdə tutulmuş sığorta haqlarının mütənasibliyinə uyğun qaydada bölgüsünə əsaslanan təkrarsığortanın forması.
Məcmu kapital Sığortaçının aktivlərinin müxtəlifliyi, etibarlılığı, likvidliyi və digər keyfiyyət meyarları nəzərə alınmaqla hesablanan dəyəri.
Məlumatların açıqlanması Sığorta müqaviləsinin bağlanması zamanı və müqavilənin qüvvədə olduğu müddət ərzində müqavilə predmeti ilə əlaqədar olan risklər, həmçinin belə risklərin artması barədə sığortaçını vaxtında və təfərrüatlı şəkildə məlumatlandırmaq vəzifəsi.
Məsuliyyət sığortası Sığorta olunanın hərəkət və ya hərəkətsizliyi nəticəsində digər şəxslərin sağlamlığına və ya əmlakına dəyən zərərə görə qanunla mülki məsuliyyət daşıdığı hallarda, zərərçəkənin qanuni şəkildə tələb etdiyi zərərin əvəzinin sığortaçı tərəfindən ödənilməsini nəzərdə tutan sığorta.
<<  1  2                  >> 
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (224)
+ Avtomobillər (299)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (227)
+ Ev və ofis üçün mallar (139)
+ Geyim (314)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (348)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (36)
+ İşgüzar xidmətlər (322)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (221)
+ Kompüter texnikası (202)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (211)
+ Mebel və interyer (270)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (227)
+ Özəl tibb müəssisələri (175)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (214)
+ Reklam və ictimai əlaqələr (212)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (87)
+ Tikinti avadanlığı (280)
+ Tikinti və landşaft (530)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (335)
+ Təhlükəsizlik və mühafizə (111)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (108)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (168)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (130)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.