az / ru
 
     
 
Ana səhifə > Praktikum > Lüğət

Lüğət

 
A-dan Z-yə terminlər (123)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z  
A-dan Z-yə sıralamaq Z-dən A-ya sıralamaq
  Termin İzahı
Agent (sığorta agenti) Müvafiq lisenziyası olan və sığortaçıya siğorta müqaviləsinin bağlanması, yenilənməsi və ya davam etdirilməsi üçün vasitəçilik xidməti göstərən şəxs.
Aktuari Sığorta müqavilələri ilə əlaqəli statistik maliyyə göstəriciləri əsasında iqtisadi-riyazi metodlarla sığorta tariflərini və sığorta ehtiyatlarını hesablayan riyaziyyatçı.
Anderaytinq Sığorta müqaviləsinin bağlanması, sığorta tarifi və sığorta haqqı barədə qərarlar qəbul etmək üçün sığortalının səhhəti, maliyyə imkanları, sığortalanan əmlakın vəziyyəti və digər bu kimi amillərin – sığorta risklərinin qiymətləndirilməsi üzrə sığortaçının (onun mütəxəssisinin və ya nümayəndəsinin) istifadə etdiyi üsul və metodların, habelə hərəkətlərinin məcmusu.
Annuitet Sığorta hadisəsi baş verdikdə sığortaçının sığorta olunan və ya faydalanan şəxsə sığorta müqaviləsində nəzərdə tutulmuş müvafiq dövriliklə ödəməli olduğu məbləğ.
Azadolma məbləği Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsi.
Banklararası klirinq Banklararası klirinq – hesab palataları vasitəsilə və bərabər ödənişlərin bir-birinə qarşılıqlı hesablaşmasına əsaslanaraq həyata keçirilən, banklararası nağdsız hesablaşma sistemidir. Onu aşağıdakı kimi fərqləndirirlər:

  • ikitərəfli banklararası klirinq, iki bankın tələbləri hesaba alınır;
  • çoxtərəfli banklararası klirinq, hesablaşma sxemində üç və daha artıq bank iştirak edir.
     
Bonus-malus Əvvəlki sığorta müqaviləsi üzrə sığorta predmetinə (sığorta olunana) münasibətdə sığorta riskləri ilə bağlı heç bir hadisə baş vermədiyi halda növbəti sığorta müqaviləsi üzrə sığorta haqlarının azaldılması, sığorta riskləri ilə bağlı hadisələrin baş verdiyi halda isə sığorta haqlarının artırılması üçün baza tarif dərəcələrinə tətbiq edilən güzəşt-əlavələr sistemi.
Broker (sığorta brokeri) Sığorta brokeri – müvafiq lisenziyaya malik olan və sığorta (təkrarsığorta) müqaviləsinin bağlanması, yenilənməsi və ya davam etdirilməsi üçün sığortalıya (təkrarsığortalıya) vasitəçilik xidməti göstərən şəxs.
Bədbəxt hadisə Xarici amillərin təsiri nəticəsində faktiki baş verən, sığorta olunanın sağlamlığının pozulmasına, əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsinə və ya ölümünə səbəb olan qəfil, gözlənilməz hal.
Fakultətiv təkrarsığorta Təkrarsığortaçının fərdi qaydada təklif olunan risklərin qəbul olunmasında və ya bundan imtina etməsində səlahiyyətli olduğu təkrarsığorta.
Faydalanan şəxs Sığorta hadisəsi baş verdikdə sığorta ödənişini almaq hüququ olan şəxs.
Françayzinq Françayzinq, kommersiya münasibətləri növü (fr. franchir, «azad etmək») — bazar subyektləri arasında münasibətlər növü, bir tərəf (françayzer) digər tərəfə (françayzi) müəyyən haqqa (royalti) öz biznez modeli əsasında özünə məxsus biznes növü ilə məşğul olmağa icazə verir. Françayzinq - digərinin haqq əsasında kiminsə əmtəə nişanından istifadə edilməsinə rəsmi icazədir.
Gant diaqramı Gant diaqramı (ingilis dilində Gantt chart, həmçinin lentvari diaqram, Gant qrafiki) — planların, hər hansı layihə üzrə iş qrafikinin təsviri məqsədilə istifadə edilən populyar sütunlu diaqramdır (histoqramdır). Layihələrin planlaşdırılması üsullarından biridir. Layihələrin idarə edilməsiüzrə əlavələrdə istifadə olunur.
Gözləmə müddəti Sığorta müqaviləsi ilə nəzərdə tutulmuş elə bir müddətdir ki, həmin müddətdə baş vermiş hadisəyə görə sığortaçı öhdəlik daşımır.
Həyat sığortası Sığorta olunanın ölümü, xəstəliyi və ya əmək qabiliyyətini itirməsi ilə bağlı sığorta ödənişinin birdəfəlik və ya dövri ödənişlər formasında ödənilməsini nəzərdə tutan sığorta növlərini əhatə edən sığorta sahəsi.
1                     >> 
 
 
Biznes kataloq Kabinetə giriş  |  Şirkəti əlavə etmək  |  Əlaqə
 
+ Apteklər və əczaçılıq (228)
+ Avtomobillər (300)
+ Ayaqqabı və aksesuarlar (151)
+ Banklar və sığorta (126)
+ Daşınmaz əmlak (235)
+ Ev və ofis üçün mallar (140)
+ Geyim (316)
+ Gözəllik və sağlamlıq (306)
+ Heyvanlar və bitkilər (72)
+ Hotels (210)
+ Hüquq xidmətləri (351)
+ İdman (117)
+ İnformasiya texnologiyaları (241)
+ İnteryer əşyaları (37)
+ İşgüzar xidmətlər (323)
+ İstirahət və əyləncə (241)
+ Kafe və barlar (223)
+ Kompüter texnikası (205)
+ Kurslar və Təlimlər (169)
+ Kənd təsərrüfatı (83)
+ Mağazalar (213)
+ Mebel və interyer (277)
+ Mətbuat (162)
+ Neft və qaz (91)
+ Nəqliyyat və logistika (228)
+ Özəl tibb müəssisələri (178)
+ Özəl təhsil (173)
+ Poliqrafiya (213)
+ Reklam və ictimai əlaqələr (217)
+ Restoranlar (183)
+ Stomatologiya (93)
+ Sənaye (275)
+ Telekommunikasiya (89)
+ Tikinti avadanlığı (281)
+ Tikinti və landşaft (534)
+ Tikinti, tədarük (248)
+ Topdansatış ticarəti (137)
+ Turizm və istirahət (339)
+ Təhlükəsizlik və mühafizə (113)
+ Təmir xidmətləri (93)
+ Uşaq və analar üçün mallar (85)
+ Veb saytlar (112)
+ Xidmətlər (270)
+ Xüsusi avadanlıq (169)
+ Yeməklərin hazırlanması (149)
+ Ərzaq məhsulları (131)
 
 
Copyright © 2011-2011 biznesinfo.az. Portalın materiallarından istifadə edərkən mənbəyə istinad etmək xahiş olunur. Məqalələrdə bildirilən rəylər müəlliflərin şəxsi fikridir və redaksiyanın və sponsorların fikrinə uyğun gəlməyə bilər. İstifadəçilərə, portalda yerləşdirilmiş materiallardan istifadənin konkret məqsədləri və mövcud qanunvericiliklə əlaqədar mütəxəssislə məsləhətləşmək tövsiyyə olunur.